Millət vəkili həkimlərin hərbi xidmətindən danışdı
Azərbaycanda tibb fakültəsi məzunlarının hərbi xidmət zamanı qısamüddətli, maaşlı və ixtisaslarına uyğun təşkil olunması təklif edilib.
Bu təkliflə deputat Rəşad Mahmudov Milli Məclisin plenar iclasında çıxış edib.
Deputat qeyd edib ki, tibb fakültəsi məzunlarının hamı kimi hərbi xidmətə cəlb olunması onların şəxsi karyerasına və səhiyyə sisteminin davamlılığına təsir göstərir:
"Hesab edirəm ki, biz Türkiyədəki, İsraildəki, Cənubi Koreyadakı yeni yanaşmaları tətbiq etməliyik. Buradakı yanaşma odur ki, tibb fakültəsi məzunlarının hərbi xidməti qısamüddətli, maaşlı və ixtisaslarına uyğun təşkil olunur. Məqsəd kiməsə güzəşt etmək deyil, dövlətin ehtiyaclarını daha ağıllı şəkildə qarşılamaqdır. Bu sayədə ordu real tibbi xidmət qazanacaq, dövlət isə kadr itirməyəcək".
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
