Pleyeri seçin:

Moskva terrordan necə istifadə edəcək? – Politoloq pərdəarxası məqamlardan danışdı

23 mart 2024 365 baxış

Moskvada törədilən terror aktının əsas müzakirə mövzusu “hücumun arxasında hansı qüvvə dayanır” məsələsi olacaq və böyük ehtimalla tərəflər öz maraqlarına uyğun “günahkar” təqdim edəcək.

Bunları politoloq Asif Nərimanlı öz “Facebook” səhifəsində yazıb:

“ABŞ hücumda Ukraynanın iştirakına dair heç bir əlamətin olmadığını açıqlayıb, rəsmi Kiyev də Rusiyanın özünü günahlandırır. Moskva isə “Ukraynanın iştirakına dair əlamətin olmadığı” fikri ilə razılaşmayıb. Bu o deməkdir ki, Rusiya terror aktına görə Ukraynanın günahlandırılmasına hazırlaşır və İkinci Çeçen müharibəsində olduğu kimi, indi də belə bir hücumların Moskva üçün sərfəli tərəfləri də var.

Bunun fonunda Peskovun günün birinci yarısında verdiyi Ukraynada “xüsusi əməliyyatın müharibəyə keçdiyi” haqda açıqlaması xüsusilə diqqət çəkir. Belqorod hücumundan sonra Moskvada əyləncə mərkəzinə edilən hücum rus ictimai rəyində Ukraynanın üzərinə bütün gücü ilə getməyin zəruriliyi fikrinin hakim olacağı istisna deyil və Peskovun dediyi kimi, “Rusiya elə bir addım atacaq ki, Ukrayna hərbi potensialı onun vətəndaşlarını və ərazisini təhdid edə bilməsin”. Bu addım ilkin olaraq Ukrayna şəhərlərinin kütləvi bombardman edilməsi kimi görünür.

Bu kontekstdə Qərbin gedişlərindən biri Rusiyanın Ukraynaya hücumlarını “legitimləşdirmək” cəhdinə qarşı terror aktının günahkarının tapılması ola bilər və istisna deyil ki, bunu İŞİD, yaxud Rusiyanın Azadlığı Legionu, Rusiya Könüllüləri Korpusu, Sibir batalyonu kimi daxili qruplar “üzərlərinə” götürsün”.

Qeyd edək ki, İŞİD artıq belə bir bəyanat yayıb.

Kərkicahan sakinləri ad günü münasibətilə Prezidentə arzularını çatdırdı - Baku TV

Kərkicahan sakinləri ad günü münasibətilə Prezidentə arzularını çatdırdı - Baku TV

Siyasət
23 dekabr 2025 365 baxış
"34 ildən sonra..." | Prezident doğma yurda qayıdan Kərkicahan sakinlərini təbrik etdi - Baku TV

"34 ildən sonra..." | Prezident doğma yurda qayıdan Kərkicahan sakinlərini təbrik etdi - Baku TV

Siyasət
23 dekabr 2025 365 baxış
Prezident İlham Əliyev Kərkicahanda sakinlərlə bir arada - Baku TV

Prezident İlham Əliyev Kərkicahanda sakinlərlə bir arada - Baku TV

Siyasət
23 dekabr 2025 365 baxış
"Onları bir-bir tutmaq üçün..." | Teymur Kərimli türk xalqlarının birliyi və gücündən danışdı

"Onları bir-bir tutmaq üçün..." | Teymur Kərimli türk xalqlarının birliyi və gücündən danışdı

Siyasət
23 dekabr 2025 365 baxış
İlham Əliyev Qarabağda səfərdədir - Baku TV CANLI

İlham Əliyev Qarabağda səfərdədir - Baku TV CANLI

Siyasət
23 dekabr 2025 365 baxış
Türkiyənin vitse-prezidentindən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj - Baku TV

Türkiyənin vitse-prezidentindən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj - Baku TV

Siyasət
23 dekabr 2025 365 baxış
NATO Rusiyanın Ukrayna ərazilərini bombalamasına səssiz qalmadı - Baku TV CANLI

NATO Rusiyanın Ukrayna ərazilərini bombalamasına səssiz qalmadı - Baku TV CANLI

Siyasət
23 dekabr 2025 365 baxış
Prezident Xankəndinin Kərkicahan qəsəbəsində olub - Baku TV

Prezident Xankəndinin Kərkicahan qəsəbəsində olub - Baku TV

Siyasət
23 dekabr 2025 365 baxış
Azərbaycanın uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru - Baku TV

Azərbaycanın uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru - Baku TV

Siyasət
23 dekabr 2025 365 baxış
Türkiyə və Azərbaycanın iş adamları niyə Bakıda bir araya gəlir? - Baku TV

Türkiyə və Azərbaycanın iş adamları niyə Bakıda bir araya gəlir? - Baku TV

Siyasət
23 dekabr 2025 365 baxış
Seçilmişlər
icon