Siyasət
Pleyeri seçin:

NATO-Azərbaycan münasibətləri hansı mərhələlərə qədəm qoydu?

18 mart 2024

Rusiya-Ukrayna müharibəsinin şiddətləndiyi bir dövrdə Avropa ilə Asiyanın əlaqəsini təmin edən, Qara dəniz üzərindən tranzit daşımalarının həyata keçirilməsində önəmli rol oynayan Cənubi Qafqaza Yens Stoltenberqin 3 günlük səfəri ölkəmizlə başlayıb.

Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyin, eləcə də təhlükəsizliyinin təmin edilməsində oynadığı məhz bu rol NATO-nun Baş katibini ilk olaraq Bakıya gətirib.

Y.Stoltenberqin Prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi fikirlər də xeyli diqqətçəkən idi. Belə ki, Baş katib regionda sülhün yalnız bölgə xalqları və ölkələri üçün deyil, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Politoloq Zaur İbrahimli bildirib ki, əslində, de-fakto olaraq Azərbaycan NATO standartlarını götürür: “Türkiyə Ordusu məhz NATO standartları ilə fəaliyyət göstərir. Bu baxımdan NATO-Azərbaycan əməkdaşlığının inkişafında yeni bir mərhələ açılmaq üzrədir. NATO Baş katibi açıqlamalarında da birbaşa olmasa da, dolayısı ilə buna vurğu vuruldu.

İkincisi, Azərbaycan NATO-nun özünün iştirak etdiyi BMT-nin sülhməramlı fəaliyyətlərində aktiv iştirak edir. Bu baxımdan NATO Baş katibinin Azərbaycanla əməkdaşlığının yalnız siyasi əməkdaşlıq olmadığını vurğulaması da qeyd etdiyimiz aspektləri əhatə edir”.

İstisna edilmir ki, NATO Baş katibinin Cənubi Qafqaz ölkələrinə səfəri rəsmi Moskvada birmənalı qarşılanmaya bilər. Yens Stoltenberqin Gürcüstan və Ermənistan səfərlərinin nəticələrindən asılı olaraq Kremlin bu ölkələrlə sonrakı münasibətlərinin necə şərtləndiriləcəyini isə zaman göstərəcək.

Ermənistan işğalı boynuna aldı | Gevondyandan qalmaqallı açıqlama

Ermənistan işğalı boynuna aldı | Gevondyandan qalmaqallı açıqlama

Siyasət
27 aprel 2024
Xarici qüvvələrin "oyuncağı" Sarkisyan ortaya atıldı, amma bilmir ki...

Xarici qüvvələrin "oyuncağı" Sarkisyan ortaya atıldı, amma bilmir ki...

Siyasət
27 aprel 2024
Bir çox məsələ Rusiya-Azərbaycan əlaqələrindən asılıdır | Savelyevdən şərh

Bir çox məsələ Rusiya-Azərbaycan əlaqələrindən asılıdır | Savelyevdən şərh

Siyasət
27 aprel 2024
Humanitar məqsədlərdən danışsalar da... | Azad olunan torpaqlarla bağlı çıxış

Humanitar məqsədlərdən danışsalar da... | Azad olunan torpaqlarla bağlı çıxış

Siyasət
27 aprel 2024
Prezidentin Almaniyaya işgüzar səfəri yekunlaşdı

Prezidentin Almaniyaya işgüzar səfəri yekunlaşdı

Siyasət
27 aprel 2024
Japarovun səfəri bəzi gözləntiləri də üstələdi  | Qırğızıstan səfiri

Japarovun səfəri bəzi gözləntiləri də üstələdi | Qırğızıstan səfiri

Siyasət
27 aprel 2024
Prezident və Almaniya Kanslerinin mətbuata birgə bəyanatı

Prezident və Almaniya Kanslerinin mətbuata birgə bəyanatı

Siyasət
26 aprel 2024
İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü

İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü

Siyasət
26 aprel 2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü baş tutdu

Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü baş tutdu

Siyasət
26 aprel 2024
Prezident Almaniya XİN rəhbəri ilə görüşdü

Prezident Almaniya XİN rəhbəri ilə görüşdü

Siyasət
26 aprel 2024
Seçilmişlər
icon