Pleyeri seçin:

NATO-nun regionla bağlı məqsədi nədir? | Biz üçtərəfli razılaşmalara…

17 oktyabr 2024 90 baxış

“NATO-nun Cənubi Qafqazdakı fəallığı destruktiv xarakter daşıyır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, NATO-nun əsl məqsədi regionu Rusiya ilə qarşıdurma meydanına çevirmək, ölkələri bir-birinə qarşı qoymaq, sonra isə bundan faydalanmaqdır.

“Moskva o mövqedən çıxış edir ki, regionda qərarlar bu region ölkələrinin özləri tərəfindən qəbul edilməlidir”, – deyə M.Zaxarova vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə ancaq monitorinq funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına da münasibət bildirib.

M.Zaxarova ölkəsinin Cənubi Qafqazda kommunikasiyaların açılması və Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yola nəzarətlə bağlı üçtərəfli formatda əldə olunan razılaşmaları əsas götürdüyünü söyləyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tapşırığı ilə yaradılan üçtərəfli işçi qrup tərəfindən bu istiqamətdə böyük iş görülüb, Azərbaycanın əsas hissəsindən və Naxçıvandan Ermənistanın Sünik vilayətindən tranzit daxil olmaqla, dəmiryolu əlaqəsinin blokdan çıxarılmasının əsas parametrləri razılaşdırılıb.

“Ona görə də biz üçtərəfli razılaşmalara alternativ görmürük və bu istiqamətdə işləməyə davam edəcəyik”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

İlham Əliyevlə Ceyms Devid Vens arasında geniş tərkibdə görüş keçirilib

İlham Əliyevlə Ceyms Devid Vens arasında geniş tərkibdə görüş keçirilib

Siyasət
10 fevral 2026 90 baxış
İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti ilə geniş tərkibdə görüşü - Baku TV

İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti ilə geniş tərkibdə görüşü - Baku TV

Siyasət
10 fevral 2026 90 baxış
"Bu dəhliz Asiya ilə Avropanı bir-birinə birləşdirəcək" | İlham Əliyev - Baku TV

"Bu dəhliz Asiya ilə Avropanı bir-birinə birləşdirəcək" | İlham Əliyev - Baku TV

Siyasət
10 fevral 2026 90 baxış
Bəykənd və Bəyrabad toponimi - türk tarixinin izi  | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Bəykənd və Bəyrabad toponimi - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
10 fevral 2026 90 baxış
ABŞ-nin Vitse-prezidentinin diqqətini cəlb edən məqam - Baku TV

ABŞ-nin Vitse-prezidentinin diqqətini cəlb edən məqam - Baku TV

Siyasət
10 fevral 2026 90 baxış
“Bu, Prezident İlham Əliyevin rəhbərliyinin təzahürüdür” | Cey. Di. Vens - Baku TV

“Bu, Prezident İlham Əliyevin rəhbərliyinin təzahürüdür” | Cey. Di. Vens - Baku TV

Siyasət
10 fevral 2026 90 baxış
“Azərbaycana bəzi məsələlərdə imkanlar yaradacağıq” | Cey. Di. Vens - Baku TV

“Azərbaycana bəzi məsələlərdə imkanlar yaradacağıq” | Cey. Di. Vens - Baku TV

Siyasət
10 fevral 2026 90 baxış
ABŞ Vitse-prezidenti İlham Əliyevə təşəkkür etdi - Baku TV

ABŞ Vitse-prezidenti İlham Əliyevə təşəkkür etdi - Baku TV

Siyasət
10 fevral 2026 90 baxış
ABŞ-nin Vitse-prezidentindən səmimi açıqlama | “Çox şadam ki...” - Baku TV

ABŞ-nin Vitse-prezidentindən səmimi açıqlama | “Çox şadam ki...” - Baku TV

Siyasət
10 fevral 2026 90 baxış
Azərbaycan və ABŞ antiterror əməliyyatlarında əməkdaşlıq edəcək - Baku TV

Azərbaycan və ABŞ antiterror əməliyyatlarında əməkdaşlıq edəcək - Baku TV

Siyasət
10 fevral 2026 90 baxış
Seçilmişlər
icon