Pleyeri seçin:
Polşa NATO qüvvələrinin Ukraynada yerləşdirilməsinə qarşı çıxıb
Polşa hökuməti NATO qüvvələrinin Ukrayna ərazisinə yerləşdirilməsi ideyasına qarşı çıxıb.
Bu barədə ölkənin 2026–2030-cu illər üçün hazırlanmış yeni Xarici Siyasət Strategiyasında qeyd olunub.
Sənəddə bildirilir ki, alyansa üzv dövlətlərin hərbi qüvvələrinin mümkün yerləşdirilməsi Polşa və digər müttəfiqlər üçün təhlükəsizlik təminatlarının etibarlılığına zərər vurmamalıdır.
Bununla yanaşı, NATO-nun baş katibi Mark Rütte daha əvvəl müttəfiq ölkələri ABŞ və İran arasında yaranan hərbi gərginlik fonunda Ukraynanı diqqətdən kənarda qoymamağa çağırmışdı.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə öz növbəsində Rusiyanın sərhədləri yaxınlığında NATO ölkəsinin yerləşdirilməsi ilə barışmayacağını bəyan etmişdi.
Kopyalandı
#Polşa teqi istifadə olunub
- Polşa-Ukrayna gərginliyi artır: Moskva fürsəti necə dəyərləndirir? - AKTUAL GÜNDƏM
- Zelenski "Ağ qartal" ordeninin Polşaya qaytarıldığını bildirib - Baku TV
- Varşava ilə Kiyev arasında gərginlik: Polşada banderizmin qadağan olunması təklif edilir
- Trampın Polşa ilə bağlı qərarı qeyri-müəyyənlik yaradıb?
- WUF13-ün əhəmiyyəti nədir? | Polşanın BMT-dəki daimi nümayəndəsi danışdı - Baku TV
