Neçə vətəndaşımız İraq və Suriyadan geri qaytarıldı? | XİN-dən məlumat
Sentyabrın 18-də Suriyadan 6, oktyabr 7-də isə İraqdan 2 Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
Qeyd edilib ki, Suriya və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə və İraqa ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub.
“Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız ölkəyə qayıdış şəhadətnamələri ilə təmin edilib və nümayəndə heyətinin müşayiəti əsasında qeyd olunan şəxslərin repatriasiyası həyata keçirilib”, – deyə məlumatda vurğulanıb.
#Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) teqi istifadə olunub
- XİN-dən Fransaya səfər planlaşdıran Azərbaycan vətəndaşlarına xəbərdarlıq - 24 SAAT
- XİN Fransadakı iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib - Baku TV
- Rəsmi Bakı Fransanın səsləndirdiyi iddialara nə cavab verdi? - Baku TV
- Cəbrayılda bir gündə iki mina partlayışı baş verib - Baku TV
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
