Pleyeri seçin:

Nümayəndəlik vətəndaşları İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırdı

15 iyun 2025 729 baxış

ABŞ-nin İrandakı virtual səfirliyi öz vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Bu barədə virtual nümayəndəliyin veb-saytında bildiriş dərc edilib.

“ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməli və əgər oradadırlarsa, dərhal İranı tərk etməlidirlər. İranı tərk edə bilməyən ABŞ vətəndaşları uzun müddət ərzində sığınacaqda qalmağa hazır olmalıdırlar”, ‒ deyə bildirişdə qeyd olunub.

Xatırladılıb ki, Vaşinqtonun Tehranla diplomatik və ya konsulluq əlaqələri yoxdur, ABŞ-nin maraqlarını qoruyan tərəf kimi isə İsveçrə çıxış edir.

“Səfirlik vətəndaşlarına İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədindən keçərək tərk etməyi təklif edib. Azərbaycanın quru sərhədləri bağlı qalır, lakin ABŞ vətəndaşları xüsusi icazə ilə 15 iyun tarixində Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil ola bilərlər”, ‒ deyə virtual nümayəndəlik bildirib.

Qeyd olunub ki, amerikalılar Astara sərhəd-keçid məntəqəsinə yollanmazdan əvvəl Azərbaycan hökumətindən icazə almalıdırlar. “ABŞ-nin Bakıdakı səfirliyi bunu təşkil etməlidir”, ‒ deyə bildirişdə vurğulanıb.

Nümayəndəlik bildirib ki, Azərbaycana keçmək istəyən vətəndaşlar ABŞ-nin Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 729 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 729 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 729 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 729 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 729 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 729 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 729 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 729 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 729 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 729 baxış
Seçilmişlər
icon