Onlar Naxçıvanla quru əlaqəsi imkanını bloklayırlar | Prezident
“Zəngəzur dəhlizinə gəlincə qeyd etdiyiniz kimi, bu, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda açıq şəkildə əks olunub. Bəli, “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb. Lakin deyilib ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Rusiya sərhəd təhlükəsizliyi qüvvələri nəzarəti təmin etməlidir”.
Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.
“Bu sənəd Prezident Vladimir Putin, Baş nazir Nikol Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil”, – Prezident vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- "Bunun müəllifi də sizsiniz" | Prezident ilə xalq rəssamı arasında səmimi söhbət - Baku TV
- Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - Baku TV
- İlham Əliyevin Subrahmanyam Cayşankar ilə görüşündə hansı məsələlər gündəmə gəldi? - Baku TV
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
