Oskanyanın “dəstə”sinə onlar da qoşuldu | Ermənilərin Qarabağa qayıtmasına...
Yeniliklərdən dərhal xəbərdar olun
Separatçıların Qarabağdan İrəvana qaçdıqdan sonra yaratdıqları qondarma “Artsax məsələsi üzrə beynəlxalq komitə”nin üzvlərinin yenidən Avropa “turnesi” başlayıb.
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi qondarma komitə Avropada növbəti görüşlər keçirməyi planlaşdırır.
“Joğovurd” qəzeti yazır ki, qondarma komitənin “ermənilərin Qarabağa qayıdışı üçün beynəlxalq zəmanətin əldə edilməsi”ndən ibarət olan gündəliyi dəyişməyib.
Qəzetin məlumatına görə, qondarma komitəyə “daşnaksütyun” partiyasının Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, bu partiyadan olan Mario Nalbandyan, eləcə də separatçıların keçmiş “deputatı” Geqam Stepanyan və Respublika Partiyasından olan keçmiş deputat Karen Bekaryan da cəlb edilib.
Qeyd edək ki, qondarma komitənin əsas məqsədi Azərbaycana qarşı separatizmin yenidən körüklənməsi və bu separatizmə beynəlxalq dəstəyin əldə edilməsidir. V.Oskanyanın rəhbərlik etdiyi təxribatçı qrup indiyə qədər Avropanın müxtəlif ölkələrində və ABŞ-də görüşlər keçirib.
#Qarabağ teqi istifadə olunub
- “Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?
- Türkiyə öz təcrübəsini bölüşərək Qarabağın dirçəldilməsində fəal iştirak edəcək - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Birdir bizim hər halımız..." | Qarabağda Ərdoğandan dünyaya mesaj - Baku TV
- "Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır" | Prezident
