Pakistanla Azərbaycan arasında vacib zəng | Nələr müzakirə edildi?
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 16-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məhəmməd Şahbaz Şərif İlham Əliyevi, dost və qardaş Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti öz növbəsində bayram münasibətilə dost və qardaş Pakistan xalqına təbriklərini və sülh, əmin-amanlıq arzularını çatdırıb.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərimizin daha da yüksək səviyyəyə qaldırılması barədə razılığa gəliblər.
Pakistanın Baş naziri COP29-un ölkəmizdə keçirilməsi münasibətilə İlham Əliyevi təbrik edib və Pakistana rəsmi səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV
- Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edildi - Baku TV
- İlham Əliyev vacib sərəncam imzaladı
- Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR
