Pleyeri seçin:

Paşinyan 8 yox, 4 kəndin adını çəkir | Kəndlər qaytarılmasa...

11 aprel 2024 399 baxış

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir.

Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə, A.Qriqoryan kəndlərlə bağlı vəziyyəti qəlizləşdirəcək mövqe sərgiləyir.

Parlamentin sədri Alen Simonyan bildirib ki, bu kəndlər Azərbaycana məxsusdur və mütləq təhvil verilməlidir. Onun sözlərinə görə, Ermənistan xəritəsində elə kəndlər yoxdur.

Baş nazir Nikol Paşinyan isə ümumiyyətlə, Azərbaycana qaytarılmalı olan 8 deyil, 4 kəndin adını çəkir. Erməni Baş nazir qeyd edib ki, anklavda olmayan 4 kəndə dair heç bir iddiaları yoxdur və qaytarmağa hazırdırlar. O, anklavda olmayan 4 kənddən danışır, ancaq Qazaxın digər 3 və Naxçıvanın Kərki kəndi barədə heç nə demir.

Ancaq rəsmi Bakının mövqeyi konkretdir. Bu kəndlər verilmədən sərhədlərin delimitasiyası barədə heç bir razılıq əldə etmək mümkün olmayacaq. Deməli, həm də sülh müqaviləsi ilə bağlı məsələ öz həllini tapa bilməyəcək.

Kəndlər məsələsi hazırda Ermənistanın daxili siyasətində əsas müzakirə mövzusudur. Əlinə hər fürsət düşdükcə bölgəni qarışdırmağa çalışan Fransa da məsələ ilə bağlı sakit qalmaq istəmir.

Bir neçə gün əvvəl Fransanın bu ölkədəki səfiri Olivye Dekottini bir qrup fransalı deputatla birgə Ermənistan-Azərbaycan sərhədinə baş çəkərək təxribatçı açıqlamalar verib. Səfirin bu addımı sərhədlərin delimitasiyası prosesini ciddi təhlükə altına qoyur.

Rəsmi Parisin bölgədə sülh istəmədiyi aydındır. Lakin Emmanuel Makronun Cənubi Qafqazda nə axtardığını səfir və deputatların sərhəddəki Zod qızıl mədəninə səfərindən anlamaq mümkündür. Əslində, bu təəssübkeşliyin arxasında dayanan əsas səbəb məhz qızıl və sərvət hərisliyidir.

Lakin Ermənistan və onun havadarları anlamalıdırlar ki, Azərbaycanın səbrinin də bir həddi var. Kəndlər sülh danışıqları çərçivəsində qaytarılmazsa, beynəlxalq hüququn qazandırdığı imkanlardan istifadə etmək lazım gələcək. Çünki bir qarış torpağımızın belə tapdaq altında qalmasına imkan verməyəcəyimizi artıq bütün dünya bilir.

İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi - Baku TV CANLI

İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi - Baku TV CANLI

Siyasət
18 iyun 2026 399 baxış
Əlaqələndirmə Qərargahının növbəti iclası | Trampdan İrana sərt xəbərdarlıq - YENİ BİR SƏHƏR

Əlaqələndirmə Qərargahının növbəti iclası | Trampdan İrana sərt xəbərdarlıq - YENİ BİR SƏHƏR

Siyasət
18 iyun 2026 399 baxış
İclasın iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar - Baku TV

İclasın iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar - Baku TV

Siyasət
18 iyun 2026 399 baxış
Hibrid müharibə, informasiya əməliyyatları və Bakı əleyhinə kampaniyalar - AKTUAL GÜNDƏM

Hibrid müharibə, informasiya əməliyyatları və Bakı əleyhinə kampaniyalar - AKTUAL GÜNDƏM

Siyasət
17 iyun 2026 399 baxış
Araik və digərlərinin məhkəməsində nələr baş verdi? - Baku TV

Araik və digərlərinin məhkəməsində nələr baş verdi? - Baku TV

Siyasət
17 iyun 2026 399 baxış
İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Baku TV

İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Baku TV

Siyasət
17 iyun 2026 399 baxış
Azərbaycanda yeni qurum yaradılacaq | Regionun üç gücü eyni cəbhədə - YENİ BİR SƏHƏR

Azərbaycanda yeni qurum yaradılacaq | Regionun üç gücü eyni cəbhədə - YENİ BİR SƏHƏR

Siyasət
17 iyun 2026 399 baxış
İçərişəhərin iqtisadi potensialı və bərpası | Rəqəmsallaşma və “ağıllı qoruq” modeli - RƏSMİ CAVAB

İçərişəhərin iqtisadi potensialı və bərpası | Rəqəmsallaşma və “ağıllı qoruq” modeli - RƏSMİ CAVAB

Siyasət
16 iyun 2026 399 baxış
İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Siyasət
16 iyun 2026 399 baxış
ABŞ-İran memorandumundan sonra Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-İran memorandumundan sonra Yaxın Şərqdə güc balansı necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Siyasət
16 iyun 2026 399 baxış
Seçilmişlər
icon