Pleyeri seçin:

Paşinyan Qərbi azərbaycanlılara qarşı nə edəcək? - Avropada Qarabağla bağlı gizli görüş

14 mart 2024 379 baxış

Qarabağ iddiasından əl çəkməyən separatçılar bu ilin yanvar ayında yaratdıqları qondarma “artsax məsələləri üzrə beynəlxalq komitə”ni aktivləşdirməyə çalışır.

Komitənin ideya müəllifi, həm də koordinatoru olan keçmiş xarici işlər naziri Vardan Oskanyanın hazırda Avropada görüşlər keçirdiyi haqda məlumatlar var. Erməni mənbələr V.Oskanyanın son günlər ərzində 16 görüş keçirdiyini yazır. Əsas diqqətçəkən məqam onun Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaarla da görüşü haqda məlumatın olmasıdır.

Komitənin iki əsas hədəfi var:

– Beynəlxalq mandat almaq: komitədə təkcə separatçıların yox, beynəlxalq təşkilatların da nümayəndələrinin təmsil olunmasını və qondarma “artsax” ideyasını beynəlmiləl hərəkata çevirməyi düşünürlər;

– “Qarabağın erməni əhalisi”nin hüquqları adı altında Azərbaycana qarşı iddialara beynəlxalq müstəvidə dəstək əldə etmək.

İstisna deyil ki, Qərbdə erməni lobbisi və Cənubi Qafqazda maraqları olan ölkələr qondarma komitəyə dəstək verəcəklər. Bu, Qarabağdakı vəziyyətə praktiki olaraq təsir etməsə də, maraqlı qüvvələrin əlində Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edilə bilər. V.Oskanyan komitəni Avropada qəbul etdirə bilsə, N.Paşinyan hakimiyyətinin də bu ideyaya dəstək verəcəyi gözlənilir.

Birincisi, Ermənistan hakimiyyəti kənarda qalarsa, “Qarabağın erməni əhalisinin hüquqları” üzərindən apardığı siyasətə alternativ yaranacaq və bu, həm daxildə, həm də erməni diasporu və lobbisi cəbhəsində əleyhinə işləyə bilər;

İkincisi, Nikol Paşinyan Qarabağ ermənilərini hələ də Bakı ilə sülh danışıqlarında lazım olanda istifadə etmək üçün rıçaq olaraq saxlayır, xüsusilə Qərbi azərbaycanlıların qayıdışına qarşı.

Bu komitənin Avropa fəaliyyətinə diqqət etmək, kimlərlə görüşdüyü, hansı təşkilatlardan yardım istədiyini izləmək lazımdır. Ermənistan hakimiyyəti Qarabağla bağlı bu və ya digər formada separatizm fəaliyyətinin davam etməsinə qarşı təsirli addım atmayacağı təqdirdə Qərbi Azərbaycan məsələsini azərbaycanlıların qayıdışı mərhələsindən irəliyə daşımaq, misal üçün, dövlət qurmaq mərhələsinə qaldırmaq olar.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 379 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 379 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 379 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 379 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 379 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 379 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 379 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 379 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 379 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 379 baxış
Seçilmişlər
icon