Pleyeri seçin:

Paşinyan Sarkisyanı da çaşbaş qoydu | ABŞ səfərinin pərdəarxası

05 fevral 2025 264 baxış

“Fevralın 3-dən 7-nə kimi Nikol Paşinyan Vaşinqtonda olacaq. Səfərin rəsmi səbəbi Din Azadlığı üzrə Beynəlxalq Sammitdə və Milli Dua Səhərində iştirakdır. Bu tədbirlər hər il Vaşinqtonda keçirilir. Formal olaraq, bu, Paşinyanın Vaşinqton səfərinə əsas verib. Lakin hesab edirəm ki, Paşinyanın əsl gündəliyi bu tədbirlərə qatılmaq deyil”.

Bu fikirləri erməni politoloq Suren Sarkisyan deyib.

Onun sözlərinə görə, Paşinyan üçün bu səfər Trampın xarici siyasətini müəyyən etmək üçün vacibdir:

“Hamıya məlumdur ki, Paşinyan dinə və imana xüsusi maraq göstərən biri deyil. Üstəlik, məni təəccübləndirdi ki, səfərdə Arsen Torosyan da iştirak edir. Bildiyimə görə, o da dindar biri deyil. Bu isə o deməkdir ki, onların səfərinin məqsədi başqadır və dini tədbirlər sadəcə bəhanədir.

Hesab edirəm ki, səfərin əsl səbəbləri aşağıdakılardır: 

1. Paşinyan üçün həyati vacib məsələ Tramp administrasiyasının xarici siyasət istiqamətini anlamaqdır. O, ABŞ-nin ona dəstək verib-verməyəcəyini və Tramp administrasiyasının Baydenin Ermənistana göstərdiyi iqtisadi, maliyyə və siyasi yardımı davam etdirib-etdirməyəcəyini öyrənmək istəyir.

2. Paşinyan üçün bu administrasiyanın Ermənistan-Azərbaycan danışıqlarına münasibəti də çox vacibdir. O, Trampın komandasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə vasitəçiliyi davam etdirməyə nə dərəcədə hazır olduğunu öyrənməlidir. 

3. O həmçinin “Sülh qovşağı” konsepsiyasına Tramp administrasiyasının maraq göstərib-göstərmədiyini və ABŞ-nin bu ideyanın reallaşmasına nə qədər dəstək verəcəyini anlamaq istəyir. 

4. Paşinyan ABŞ-nin Türkiyə ilə münasibətlərini öyrənməyə çalışır. O bilmək istəyir ki, ABŞ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dolayı yolla kömək edəcəkmi? 

5. O həmçinin Tramp administrasiyasının İran və Rusiyaya qarşı siyasətini öyrənmək istəyir. Bu, Ermənistanın bu ölkələrlə əlaqələrində nə qədər manevr imkanına sahib olacağını müəyyən edəcək. 

6. Paşinyan ümumiyyətlə ABŞ-Ermənistan strateji tərəfdaşlığı ilə bağlı Vaşinqtonun maraq səviyyəsini anlamağa çalışacaq. 

7. Nəhayət, o, ABŞ hökumətini, erməni icmasını və lobbi qruplarını inandırmağa çalışacaq ki, Vaşinqton Azərbaycana qarşı təzyiqlər göstərməsin, 907-ci düzəlişi ləğv etsin və Azərbaycana qarşı hər hansı yeni qətnamənin qəbul edilməsindən imtina etsin. Bu, son günlər rəsmi Bakının aktiv müzakirə etdiyi bir məsələdir”.

Politoloq qeyd edir ki, respublikaçıların hakimiyyətə gəlişi Paşinyanı addımlar atmağa məcbur edib:

“Bu suallara ən yaxşı cavabı Tramp, dövlət katibi, milli təhlükəsizlik müşaviri, müdafiə naziri və digər regional məsələlərə cavabdeh ABŞ rəsmiləri verə bilər. Görək Paşinyan onlardan hansı biri ilə görüşəcək. Ermənistan hökuməti əmin idi ki, seçkilərdə demokratlar qalib gələcək. Bu səfərin təcili təşkil olunmasının səbəblərindən biri də məhz budur”.

XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Neftin ucuzlaşması üçün növbəti həmlə - YENİ BİR SƏHƏR

XIII Qlobal Bakı Forumunun əhəmiyyəti | Neftin ucuzlaşması üçün növbəti həmlə - YENİ BİR SƏHƏR

Siyasət
13 mart 2026 264 baxış
XİN başçıları arasında telefon danışığı olub | Ölkələr arasında nə müzakirə edildi? - Baku TV

XİN başçıları arasında telefon danışığı olub | Ölkələr arasında nə müzakirə edildi? - Baku TV

Siyasət
13 mart 2026 264 baxış
Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq - Baku TV

Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq - Baku TV

Siyasət
13 mart 2026 264 baxış
Azərbaycanda hər iki dəhliz üzrə tikinti layihələri başa çatdırılıb | Prezident - Baku TV

Azərbaycanda hər iki dəhliz üzrə tikinti layihələri başa çatdırılıb | Prezident - Baku TV

Siyasət
12 mart 2026 264 baxış
Hikmət Hacıyev enerji təhlükəsizliyindən bəhs etdi - Baku TV

Hikmət Hacıyev enerji təhlükəsizliyindən bəhs etdi - Baku TV

Siyasət
12 mart 2026 264 baxış
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda - Baku TV

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda - Baku TV

Siyasət
12 mart 2026 264 baxış
Prezidentin köməkçisi XIII Qlobal Bakı Forumunda çıxış edib

Prezidentin köməkçisi XIII Qlobal Bakı Forumunda çıxış edib

Siyasət
12 mart 2026 264 baxış
Azərbaycan enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək | Prezident - Baku TV

Azərbaycan enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək | Prezident - Baku TV

Siyasət
12 mart 2026 264 baxış
İrana humanitar yardım aparan Rusiya təyyarəsi Lənkəranda eniş edib - Baku TV

İrana humanitar yardım aparan Rusiya təyyarəsi Lənkəranda eniş edib - Baku TV

Siyasət
12 mart 2026 264 baxış
Trampın “bir saata məhv” hədəsinə Laricanidən “yarım saata qaranlıq” cavabı - AKTUAL GÜNDƏM

Trampın “bir saata məhv” hədəsinə Laricanidən “yarım saata qaranlıq” cavabı - AKTUAL GÜNDƏM

Siyasət
12 mart 2026 264 baxış
Seçilmişlər
icon