Siyasət
Pleyeri seçin:

Paşinyandan delimitasiya prosesi ilə bağlı açıqlama

02 may 2024

“Azərbaycanla sərhəddə vəziyyəti mümkün qədər nəzarətdə saxlamaq üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq. Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası üçün bütün lazımi sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır və bununla bağlı iş aparılır.

Paşinyan bildirib ki, delimitasiya prosesində hökumətin vəzifəsi sərhədin təkcə ayrı-ayrı hissəsinin deyil, həm də bütün Ermənistan-Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasları təmin edəcək formulu tapmaqdır:

“Bu gün biz sərhədin təkrar müəyyən edilməsi üçün lazımi paketi formalaşdırırıq və bu paket Alma-Ata Bəyannaməsinə əsaslanır. 2022-ci il oktyabrın 6-da biz Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla bir-birimizin ərazi bütövlüyü və suverenliyinin tanınması barədə razılığa gəldik. Biz razılaşdıq ki, Alma-Ata Bəyannaməsi delimitasiya prosesi üçün əsas olacaq. İndi bu prosesə sadiqliyimizi təcrübədə nümayiş etdirmək son dərəcə vacibdir”.

Baş nazir vurğulayıb ki, delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər: “Əsas odur ki, Alma-Ata Bəyannaməsi hər iki tərəf tərəfindən prosesin əsas prinsipi kimi qəbul edilib. İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş reqlamenti dəqiqləşdiriləcək. Komissiyaların əsasnaməsi iki ölkənin daxili qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrək işi hansı sahələrdə davam etdirəcəklərini müəyyənləşdirəcək və razılaşdıracaqlar”.

Azərbaycan minillik erməni ideologiyasını necə məhv etdi? | BAKU ANALİTİK

Azərbaycan minillik erməni ideologiyasını necə məhv etdi? | BAKU ANALİTİK

Siyasət
16 may 2024
Ermənistandakı etirazların sifarişçiləri kimlərdir? | Markovdan vacib açıqlama

Ermənistandakı etirazların sifarişçiləri kimlərdir? | Markovdan vacib açıqlama

Siyasət
16 may 2024
Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

Rəsmi Bakı İrəvana təqdim etdiyi sənədə Qərbi Azərbaycanla bağlı bu tələbləri əlavə edib

Siyasət
16 may 2024
İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib

Siyasət
16 may 2024
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Siyasət
16 may 2024
Keşişin başlatdığı aksiyanın məqsədi bəlli oldu | Etirazlar genişlənir

Keşişin başlatdığı aksiyanın məqsədi bəlli oldu | Etirazlar genişlənir

Siyasət
16 may 2024
Azərbaycan və Belarus arasında sənədlərin imzalanma mərasimi keçirildi

Azərbaycan və Belarus arasında sənədlərin imzalanma mərasimi keçirildi

Siyasət
16 may 2024
BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkdi

Siyasət
16 may 2024
Paşinyan Bakıya görə hamıya qarşı gələcək? - Siyasi şərhçidən açıqlama

Paşinyan Bakıya görə hamıya qarşı gələcək? - Siyasi şərhçidən açıqlama

Siyasət
16 may 2024
Belarus Prezidenti Lukaşenko Bakıda | Səfərdən görüntülər

Belarus Prezidenti Lukaşenko Bakıda | Səfərdən görüntülər

Siyasət
16 may 2024
Seçilmişlər
icon