Siyasət
Pleyeri seçin:

I Pavelin qızının şərəfinə adlandırılan Oğuz yurdu | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

03 iyul 2024

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində Dədə Qorqud məskəni ulu Göyçəmizin bir parçası olan və ərazisinin etnik tərkibi tamamilə haylaşdırılan Yelenovka rayonu haqqında süjet hazırlanıb.

"Göyçənin bir parçası olan Yelenovka rayonu" adlı süjetdə mənfur ermənilərin tarix boyu qədim türk-oğuz yurdlarına göz dikməsindən, havadarlarının yedəyində hiyləgərlik siyasəti ilə coğrafi məkanları hədəf seçib zaman-zaman dəyişdirməsindən bəhs olunub.

Bildirilib ki, Qərbi Azərbaycanın Göyçə mahalı ərazisində yerləşən Yelenovka rayonu Göyçə gölünün şimal-qərbini əhatə edir. Rayon ərazisində "Kitabi-Dədə Qorqud"da göstərildiyi kimi, irsimizi, qədim tariximizi əks etdirən yer-yurd adlarına rast gəlinməsi, kilsə, qala, türbə və qəbiristanlıqların mövcudluğu oğuz türklərinin qədim yaddaşının və mədəniyyətinin təzahürüdür.

Qeyd olunub ki, 1842-ci ildə Yelenovka kəndinin əsası qoyulub və bura Rus çarı I Pavelin qızı Yelena Pavlovnanın adı verilib. Oğuz türklərinin yaşadığı Yelenovka ərazisini yadlaşdırmaq məqsədilə buraya Türkiyə və İrandan gətirilən ermənilər yerləşdiriliblər. Rayonun Bığlı, Çırçır, Çubuxlu, Əfəndi, Hacımuğan, Ördəkli, Rəhimkənd, Şəhriz, Yayçı, Zeynalağalı kimi qədim kəndlərində yaşayan yerli əhali vəhşicəsinə qovulub, etnik tərkib dəyişdirilib.

Diqqətə çatdırılıb ki, bu məkan 1935-ci il sentyabrın 9-da toponim terroruna məruz qalıb. Belə ki, Yelenovkanın adı dəyişdirilərək Sevan qoyulub və indiki Ermənistanda inzibati ərazi vahidi olub.

Rayonun yaşayış məntəqələrində ömür sürən azərbaycanlılar zaman-zaman deportasiyalara məruz qalıb, doğma yurd-yuvalarını tərk edib, erməni qəddarlığı ilə üzləşiblər. Son olaraq isə haylar 1988-ci ildə bu çirkin niyyətlərini planlı şəkildə reallaşdırıblar.

Bundan sonra Yelenovka rayonu üzrə səkkiz tarixi yer adları dəyişdirilib. 1995-ci ildə isə rayonun ərazisi mərkəzi Kəvər, yəni dəyişdirilmiş adı Kamo, sonra Qavar şəhəri olan Geğarkunik mərzliyinə daxil edilib.

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Siyasət
22 noyabr 2024
Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Siyasət
22 noyabr 2024
COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

Siyasət
22 noyabr 2024
Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Siyasət
22 noyabr 2024
Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Siyasət
22 noyabr 2024
Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Siyasət
22 noyabr 2024
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Siyasət
22 noyabr 2024
Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Siyasət
22 noyabr 2024
COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon