Pleyeri seçin:

Polad Bülbüloğlu Zatulinlə bağlı Volodinə məktub göndərdi | Detallar açıqlandı

04 sentyabr 2024 602 baxış

Azərbaycanın Rusiyadakı səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin tərəfindən "Telegram" kanalında hazırda mövcud olmayan qondarma Dağlıq Qarabağ Respublikasının “müstəqillik günü" münasibətilə təbrik edən videomüraciətin yayımlanması ilə bağlı məktub göndərib.

P.Bülbüloğlu vurğulayıb ki, təxribatçı müraciətində K.Zatulin guya "Rusiyada biganə qalmayan insanların" adından çıxış edərək erməni cəmiyyətində revanşist qüvvələrə, separatçılara dəstək verərək artıq başa çatmış münaqişəni canlandırmağa təhrik edir.

“Daha da ağırlaşdıran fakt odur ki o, müraciətində separatçı rejimin keçmiş rəhbərləri və digər terrorçulara istinad edir. Onların əllərinin günahsız azərbaycanlıların qanına bulaşdığını unutmaq olmaz.

Açıq şəkildə K.Zatulin Ermənistan tərəfindən "persona non grata" elan edilmiş bir şəxs kimi Rusiyada geniş yayılmış ekspansionist baxışları və narrativləri təbliğ edir, erməni milliyyətli himayədarlarının siyasi sifarişlərini yerinə yetirir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təxribatçı fəaliyyət göstərir. Bu kimi davranışların əvvəllərdə də dəfələrlə həyata keçirildiyini vurğulamaq lazımdır", – deyə məktubda bildirilir.

Səfir bildirib ki, Azərbaycan və Rusiyanın arasında möhkəmlənən müttəfiqlik münasibətləri fonunda, xüsusilə Prezident Vladimir Putinin avqustda Azərbaycana dövlət səfəri zamanı tərəflər yüksək əməkdaşlıq səviyyəsini təsdiqləyiblər. Həmçinin Rusiya dövlət başçısı Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə vermək istəyini ifadə edib:

“Bu müsbət fon üzərində “Yedinaya Rossiya” partiyasının üzvü olan bir şəxsin ölkəsinin rəsmi mövqeyinə qarşı çıxması onun təkcə dövlət başçısının fikrini qəbul etmədiyini deyil, həm də hörmət etmədiyini göstərir. Bu heç də təəccüblü deyil, çünki həmin şəxs 2023-cü ilin iyununda verdiyi müsahibədə “Rusiya öz məqsədlərinə nail ola bilməyib” demişdi.

Təəssüf ki, Azərbaycan tərəfinin dəfələrlə Rusiyanın rəsmi orqanlarına müraciətinə baxmayaraq, K.Zatulinin müttəfiqlik münasibətlərini pozan və təxribatçı fəaliyyət göstərən hərəkətlərinə qarşı heç bir təsirli tədbir görülməyib. Bu, Milli Məclisin deputatları və Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır, Azərbaycanın Rusiyadakı diaspor təşkilatlarını narahat edir və iki ölkə arasında parlamentlərarası əməkdaşlığa mənfi təsir göstərir”.

Polad Bülbüloğu məktubda Rusiya Dövlət Dumasının sədrindən rəsmi mövqeyinə uyğun olaraq prinsipial yanaşma göstərməyini və Konstantin Zatulin tərəfindən gələcəkdə bu cür təxribatçı fəaliyyətlərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyini xahiş edib.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 602 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 602 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 602 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 602 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 602 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 602 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 602 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 602 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 602 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 602 baxış
Seçilmişlər
icon