Pleyeri seçin:
Prezident İlham Əliyev Azər Qasımovla bağlı sərəncam imzaladı
Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Azər Qasımov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universitetini bitirib. Azər Qasımov ölkəmizin Çindəki Səfirliyində tərcüməçi, Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar və Konsulluq idarələrində attaşe, Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunda və Tehrandakı Səfirliyində attaşe, üçüncü katib, Xarici İşlər Nazirliyinin Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifələrində çalışıb.
Kopyalandı
