Prezident İlham Əliyev mühüm sərəncamlar imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər Sərəncamla Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, o, Prezident İlham Əliyevin 13 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdi.
Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olub və 2003-cü ildə oranı bitirib. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və kimya elmləri namizədi elmi dərəcəsini alıb.
2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək London Materiallar İnstitutunun peşəkar üzvlüyünə qəbul olub. 2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə BP-də “İlin mühəndisi” mükafatına layiq görülüb.
Oksford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir.
#İlham Əliyev teqi istifadə olunub
- Baş nazir Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi - Baku TV
- İlham Əliyev və Estoniyanın xarici işlər naziri nələri müzakirə etdi? - Baku TV
- Litva Azərbaycan-Avropa İttifaqı münasibətlərinin i̇nkişafına dəstək göstərəcək - Baku TV
- Prezident İlham Əliyev Maka Boçorişvili ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- Monteneqronun Baş naziri Miloyko Spayiç Prezident İlham Əliyevin qəbulunda - Baku TV
