Prezident İlham Əliyev Okay Məmişlə görüşdü | Nələr müzakirə edildi?
Prezident İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.
Dövlət başçısı Okay Məmişin Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi təyin edilməsindən sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxunub və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirib.
Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu ifadə edib.
Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığımızın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulanıb.
Görüşdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı olan məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edilib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident Dağıstanın tanınmış şəxsini təltif edib
- Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi
- Türk dünyasının ortaq əlifbası ilə bağlı yeni addım | Yaxın Şərqdə gərginlik bitir? - YENİ BİR SƏHƏR
- İİB Qrupunun 51-ci illik toplantıları | Nələr müzakirə edildi? - Baku TV
- "Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır" | İlham Əliyev - Baku TV
