Pleyeri seçin:

Prezidentdən Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət - Baku TV

15 iyun 2026 323 baxış

“Ədalətli dünya nizamının və bəşəriyyət üçün təhlükəsiz həyat şəraitinin yaradılmasının tərəfdarı olan Azərbaycan təkcə regionun deyil, eləcə də bütövlükdə Avrasiyanın etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışmaqdadır”.

Prezident İlham Əliyev Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində belə deyib.

Dövlət başçısı qeyd edib ki, dost və qardaş ölkələrlə, xüsusən Türk dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır və ailəmiz olan Türk dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir.

Prezident İlham Əliyev müraciətində həmçinin bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra işğala, beynəlxalq təhdidlərə və ədalətsizliyə məruz qalmış Azərbaycan hər zaman öz ərazi bütövlüyünün təmin olunması, vətəndaşlarının təhlükəsiz şəraitdə yaşaması uğrunda mübarizə aparıb, eyni zamanda dünya ölkələri arasında əməkdaşlıq və mehriban dostluq münasibətlərinin qurulmasına çalışıb:

“Uzun illər əsarət altında qalan torpaqlarımız 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Ermənistan işğalından azad edilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuşdur. Bununla BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalmış qətnamələrinin icrası Azərbaycan dövlətinin özü tərəfindən təmin edilib. Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirməkdədir.

Ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişmişdir. Bu xüsusda reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcəkdir”.

Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV

Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV

Siyasət
19 sentyabr 2026 323 baxış
“Haber Global” Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı süjet hazırladı - Baku TV

“Haber Global” Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı süjet hazırladı - Baku TV

Siyasət
19 sentyabr 2026 323 baxış
Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Siyasət
19 sentyabr 2026 323 baxış
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür - Baku TV CANLI

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür - Baku TV CANLI

Siyasət
19 sentyabr 2026 323 baxış
DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV

DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV

Siyasət
19 sentyabr 2026 323 baxış
SOCAR-ın Özbəkistanda fəaliyyəti genişləndiriləcək - Baku TV

SOCAR-ın Özbəkistanda fəaliyyəti genişləndiriləcək - Baku TV

Siyasət
19 sentyabr 2026 323 baxış
Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm | Nikol Paşinyan - Baku TV

Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm | Nikol Paşinyan - Baku TV

Siyasət
18 sentyabr 2026 323 baxış
Alban-Udi xristian dini icmasından Ermənistana sərt mesaj - Baku TV

Alban-Udi xristian dini icmasından Ermənistana sərt mesaj - Baku TV

Siyasət
18 sentyabr 2026 323 baxış
Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR

Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR

Siyasət
18 sentyabr 2026 323 baxış
Prezidentin Şamaxıya səfərinin yekunları

Prezidentin Şamaxıya səfərinin yekunları

Siyasət
18 sentyabr 2026 323 baxış
Seçilmişlər
icon