Prezident İlham Əliyev "X" hesabında paylaşım edib
"Azərbaycan qlobal iqlim aktını ardıcıl olaraq dəstəkləyir və enerji səmərəliliyi üzrə müxtəlif tədbirlər həyata keçirir. Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetlərimizdəndir. Azərbaycanda bərpaolunan enerji geniş vüsət alır".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “X” hesabında bildirib.
“2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etmək, iqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün qlobal səylərə töhfə vermək bizim qətiyyətimizdən irəli gəlir. Azərbaycanın təklifinə dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm.
Biz COP29-u uğur hekayəsinə çevirmək üçün səylərimizi əsirgəməyəcəyik. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Əl Nəhyana tədbirin gözəl təşkilinə görə təşəkkür edir və iqlimlə bağlı tədbirləri inkişaf etdirmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik”, – dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksində
- "İş yerləri açılmalı, dolanışıq yaxşı olmalıdır" | Prezident ölkənin inkişafından danışdı - Baku TV
- Yeni körpü nə vaxt istifadəyə veriləcək? - Prezidentdən açıqlama - Baku TV
- "Şamaxı turizm mərkəzlərimizdən birinə çevrilib" | Prezident görülən işlərdən söz açdı - Baku TV
- "Cənubi Qafqazın ən böyük təsərrüfatıdır" | Prezident yeni heyvandarlıq kompleksində - Baku TV
