Pleyeri seçin:

Prezident İlham Əliyev Serbiyanın xarici işlər naziri Marko Curiçi qəbul etdi

01 sentyabr 2024 274 baxış

Sentyabrın 1-də Prezident İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçi qəbul edib.

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı uğurlar arzulayan Marko Curiç Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətləri məmnunluqla qeyd edib.

Serbiyanın xarici işlər naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, ölkəmizin qlobal müstəvidə yeni tərəfdaşlıq şəbəkələri və münasibətləri qurduğunu vurğulayıb.

Prezident Vuçiçlə həm Azərbaycanda, həm də Serbiyada görüşlərini məmnunluqla xatırlayan dövlət başçısı qeyd edib ki, onun Serbiya Prezidenti ilə olan dostluq və tərəfdaşlıq əlaqələri ikitərəfli münasibətlərimizin inkişafına ciddi təkan verir.

Serbiyanın Azərbaycanın dostu və strateji tərəfdaşı olduğunu, ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin qurulduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bunlar əməkdaşlığın bütün sahələrdə inkişafında özünü göstərir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri təkcə ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda regional müstəvidə Balkan və Qafqaz regionları arasında əməkdaşlığın inkişafına təkan verilməsi baxımından çox vacib xarakter daşıyır.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz suverenliyinin və ərazi bütövlüyünün təmin olunması prosesində ikili standartlar, ədalətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə zidd yanaşmalarla üzləşib. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz iradəsi ilə ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib.

“İnsan həyatı üçün ciddi təhlükə var” | Rəsmi Bakı çağırış etdi - Baku TV

“İnsan həyatı üçün ciddi təhlükə var” | Rəsmi Bakı çağırış etdi - Baku TV

Siyasət
04 aprel 2026 274 baxış
Yaxın Şərqdə sabit ittifaqlar dağılır: elastik və müvəqqəti koalisiyalar dövrü başlayır?

Yaxın Şərqdə sabit ittifaqlar dağılır: elastik və müvəqqəti koalisiyalar dövrü başlayır?

Siyasət
04 aprel 2026 274 baxış
“Azərbaycan bunu edən ilk ölkədir” | İrana növbəti yardım göndərildi - Baku TV

“Azərbaycan bunu edən ilk ölkədir” | İrana növbəti yardım göndərildi - Baku TV

Siyasət
04 aprel 2026 274 baxış
Serbiyada müxtəlif layihələr həyata keçirilir

Serbiyada müxtəlif layihələr həyata keçirilir

Siyasət
04 aprel 2026 274 baxış
İlham Əliyev Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib - Baku TV

İlham Əliyev Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib - Baku TV

Siyasət
04 aprel 2026 274 baxış
Ceyhun Bayramov uqandalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib - Baku TV

Ceyhun Bayramov uqandalı həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib - Baku TV

Siyasət
04 aprel 2026 274 baxış
İran prezidenti humanitar yardım üçün Azərbaycana təşəkkür etdi - Baku TV

İran prezidenti humanitar yardım üçün Azərbaycana təşəkkür etdi - Baku TV

Siyasət
04 aprel 2026 274 baxış
TDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - Baku TV

TDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - Baku TV

Siyasət
03 aprel 2026 274 baxış
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəyəm” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəyəm” - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
03 aprel 2026 274 baxış
İranda 7 milyon insanın səfərbər edilməsi ABŞ və İsraili qorxutdu? - AKTUAL GÜNDƏM

İranda 7 milyon insanın səfərbər edilməsi ABŞ və İsraili qorxutdu? - AKTUAL GÜNDƏM

Siyasət
03 aprel 2026 274 baxış
Seçilmişlər
icon