Pleyeri seçin:
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub - Baku TV
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.
İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlət başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.
Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.
Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev türk birliyi haqqında danışdı | "Bu, çox unikal hadisədir" - Baku TV
- Qardaş dəstəyi Qarabağı dirçəldir | Prezidentdən qardaş ölkələrə minnətdarlıq mesajı - Baku TV
- "Yeni bir dəhlizin açılması ölkələrimiz üçün böyük önəm daşıyır" | İlham Əliyev - Baku TV
- TDT-yə üzv ölkələrin iqtisadiyyatlarına 20 mlrd. dollardan çox sərmayə qoyulub | Prezident - Baku TV
- "Təşkilatımız aparıcı beynəlxalq təşkilatların sırasına daxil edilməlidir" | Prezident - Baku TV
