Azərbaycanda dağ-mədən və metallurgiya sənayesi ilə bağlı vacib qərar - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər görüləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabineti "Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın layihəsini 4 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.
Dövlət Proqramında "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün "xammal-emal-son məhsul" dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin nəzərdə tutulması təmin edilməlidir:
Elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədək illik istehsal gücünün 100 000 tona çatdırılması; alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 tona çatdırılması; Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq maliyyələşdirmə mənbələrinin müəyyən olunması və aidiyyəti dövlət orqanları ilə birlikdə kalsinasiya və anodbişirmə zavodunun tikintisi həyata keçirilməlidir.
"Azərbaycan alüminiumu" Açıq Səhmdar Cəmiyyətinin aktivləri "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilərək ləğv ediləcək.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
- İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV
