Pleyeri seçin:

Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib - Baku TV

19 may 2026 41 baxış

Prezident İlham Əliyev mayın 19-da Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib.

Dövlət başçısı özünün ötən il Slovakiyaya, Baş nazir Robert Fitsonun isə ölkəmizə səfərlərini xatırladaraq, son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəldiklərini qeyd edib və vurğulayıb ki, bu, ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini göstərir.

Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında mövcud dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın səviyyəsindən məmnun olduğunu deyib.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba qeyd edib ki, Slovakiya hər zaman Azərbaycanın yanındadır. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Slovakiya Baş nazirinin müavini deyib ki, ölkəsinə qaz lazım olduqda Azərbaycan etibarlı təchizatçı olub.

Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin önəminə də toxunub.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 Avropa ölkəsini, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etdiyini deyib, gələcəkdə bu rəqəmin artmasının mümkünlüyünü vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezidentdən beynəlxalq mesajlar | ABŞ İrana qarşı sanksiyaları genişləndirdi - YENİ BİR SƏHƏR

Prezidentdən beynəlxalq mesajlar | ABŞ İrana qarşı sanksiyaları genişləndirdi - YENİ BİR SƏHƏR

Siyasət
20 may 2026 41 baxış
"Azərbaycan Dəmir Yolları" QSC məlumat yaydı - Baku TV

"Azərbaycan Dəmir Yolları" QSC məlumat yaydı - Baku TV

Siyasət
20 may 2026 41 baxış
Tərəflər arasında anlaşma memorandumu imzalanıb - Baku TV

Tərəflər arasında anlaşma memorandumu imzalanıb - Baku TV

Siyasət
20 may 2026 41 baxış
Sahibə Qafarova İqor Sergeyenko ilə görüşdü - Baku TV

Sahibə Qafarova İqor Sergeyenko ilə görüşdü - Baku TV

Siyasət
20 may 2026 41 baxış
Energetika nazirindən bərpaolunan enerji layihələri ilə bağlı açıqlama - Baku TV

Energetika nazirindən bərpaolunan enerji layihələri ilə bağlı açıqlama - Baku TV

Siyasət
20 may 2026 41 baxış
Anar Quliyev WUF13 çərçivəsində gündəmə gətirilən məsələlərdən danışdı - Baku TV

Anar Quliyev WUF13 çərçivəsində gündəmə gətirilən məsələlərdən danışdı - Baku TV

Siyasət
20 may 2026 41 baxış
"Haber Global" Şuşa və Trabzon şəhərlərinin qardaşlaşması barədə süjet hazırladı - Baku TV

"Haber Global" Şuşa və Trabzon şəhərlərinin qardaşlaşması barədə süjet hazırladı - Baku TV

Siyasət
19 may 2026 41 baxış
Nazir taksi fəaliyyəti sahəsində görülən işlərdən danışdı - Baku TV

Nazir taksi fəaliyyəti sahəsində görülən işlərdən danışdı - Baku TV

Siyasət
19 may 2026 41 baxış
Qarabağda qurulan enerji gücü Azərbaycanın yeni geosiyasi silahına çevrilir? - AKTUAL GÜNDƏM

Qarabağda qurulan enerji gücü Azərbaycanın yeni geosiyasi silahına çevrilir? - AKTUAL GÜNDƏM

Siyasət
19 may 2026 41 baxış
Türkiyəli nazir forumla bağlı təəssüratlarını bölüşdü - Baku TV

Türkiyəli nazir forumla bağlı təəssüratlarını bölüşdü - Baku TV

Siyasət
19 may 2026 41 baxış
Seçilmişlər
icon