Prezident İlham Əliyevin Misirdə rəsmi qarşılanma mərasimi
İyunun 8-də Misirin paytaxtı Qahirədə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısının şərəfinə toplardan yaylım atəşi açılıb. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi İlham Əliyevi qarşılayıb. Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına raport verib. Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Misir nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Əbdülfəttah əs-Sisiyə təqdim olunub. Dövlət başçıları rəsmi foto çəkdiriblər.
#İlham Əliyev teqi istifadə olunub
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Türkiyə Prezidenti dövlət başçısını TDT-nin Zirvə görüşünə dəvət edib
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Prezidentdən Vətən müharibəsi ilə bağlı paylaşım
