Pleyeri seçin:

Prezident İlham Əliyev Lord Olderdays ilə nələrdən danışdı?

10 dekabr 2025 138 baxış

Prezident İlham Əliyev dekabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdaysı qəbul edib.

Lord Olderdays Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlət başçısını təbrik edib.

Təbriklərə görə təşəkkürünü bildirən İlham Əliyev Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə olunmasının tarixi əhəmiyyətinə toxunaraq, bu məsələdə Prezident Donald Trampın rolunu xüsusi vurğulayıb.

Dövlət başçısı Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi onun irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini bildirib və sülh şəraitinin regionun iqtisadi potensialının inkişafına töhfəsinə toxunub.

Prezident İlham Əliyev Azərbaycanla bp şirkəti arasında 30 ildən artıq davam edən uğurlu əməkdaşlığı qeyd edib. Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, investisiya, enerji, o cümlədən bərpaolunan enerji, müdafiə sənayesi, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.

İkitərəfli əlaqələrimizin dərinləşdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub.

Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərində iştirak etməklə bu məsələyə töhfəsi məmnunluqla qeyd olunub.

Misir səfirindən Fələstin üçün qlobal çağırış: "Susmaq artıq çıxış yolu deyil" | RƏSMİLƏR

Misir səfirindən Fələstin üçün qlobal çağırış: "Susmaq artıq çıxış yolu deyil" | RƏSMİLƏR

Siyasət
14 yanvar 2026 138 baxış
Rza Pəhləvi İran cəmiyyəti tərəfindən qəbul edilən fiqur deyil | Siyasi ekspert

Rza Pəhləvi İran cəmiyyəti tərəfindən qəbul edilən fiqur deyil | Siyasi ekspert

Siyasət
14 yanvar 2026 138 baxış
“Böyük” Tiqran kim idi və niyə erməni tarixinin mərkəzinə yerləşdirildi?

“Böyük” Tiqran kim idi və niyə erməni tarixinin mərkəzinə yerləşdirildi?

Siyasət
14 yanvar 2026 138 baxış
Türkiyə ilə bu istiqamətdə dialoq aparılır | Mirzoyandan açıqlama

Türkiyə ilə bu istiqamətdə dialoq aparılır | Mirzoyandan açıqlama

Siyasət
14 yanvar 2026 138 baxış
Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verildi - Baku TV

Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verildi - Baku TV

Siyasət
14 yanvar 2026 138 baxış
Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verildi - Baku TV CANLI

Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verildi - Baku TV CANLI

Siyasət
14 yanvar 2026 138 baxış
Prezident Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub

Prezident Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub

Siyasət
14 yanvar 2026 138 baxış
İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub - Baku TV

İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub - Baku TV

Siyasət
14 yanvar 2026 138 baxış
Prezident irimiqyaslı layihələrin açılışında | Mirzoyan və Rubio görüşüblər - YENİ BİR SƏHƏR

Prezident irimiqyaslı layihələrin açılışında | Mirzoyan və Rubio görüşüblər - YENİ BİR SƏHƏR

Siyasət
14 yanvar 2026 138 baxış
Prezident Aşağı Oratağ kəndinə köçən Anar Rüstəmovun ailəsinə baş çəkdi - Baku TV

Prezident Aşağı Oratağ kəndinə köçən Anar Rüstəmovun ailəsinə baş çəkdi - Baku TV

Siyasət
14 yanvar 2026 138 baxış
Seçilmişlər
icon