Pleyeri seçin:

Prezident İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul etdi

08 yanvar 2025 268 baxış

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.

Dövlət başçısı Əli Əkbər Əhmədianın Azərbaycana səfərinin əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Qəbula görə minnətdarlığını bildirən qonaq qeyd edib ki, dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluq duyur. Əli Əkbər Əhmədian vurğulayıb ki, regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin oxşarı yoxdur və bu cür qədim əlaqələrə malik iki ölkə tapmaq mümkün deyil.

Prezident İlham Əliyev xalqların çox sıx tellərlə bir-birinə bağlı olduğunu deyərək iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan İranla əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir.

İranda yeni prezident seçkilərindən sonra Azərbaycanın bir neçə yüksək səviyyəli nümayəndə heyətinin bu ölkəyə səfər etdiyi məmnunluqla xatırlanıb. Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb.

Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan “3+3” formatının təşəbbüskarı da məhz Azərbaycan olub.

İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşdə | Hansı məsələlər müzakirə olundu? - Baku TV

İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşdə | Hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
17 aprel 2026 268 baxış
İlham Əliyev Antalyada Moldova Prezidenti Maya Sandu ilə bir araya gəldi - Baku TV

İlham Əliyev Antalyada Moldova Prezidenti Maya Sandu ilə bir araya gəldi - Baku TV

Siyasət
17 aprel 2026 268 baxış
İlham Əliyev Antalyadakı görüşdə Əhməd Əl Şaraa ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev Antalyadakı görüşdə Əhməd Əl Şaraa ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
17 aprel 2026 268 baxış
Prezident İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü - Baku TV

Prezident İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü - Baku TV

Siyasət
17 aprel 2026 268 baxış
Prezident İlham Əliyev Antalyada rəsmi görüşlər keçirib - Baku TV CANLI

Prezident İlham Əliyev Antalyada rəsmi görüşlər keçirib - Baku TV CANLI

Siyasət
17 aprel 2026 268 baxış
İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə bir araya gəldi

İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə bir araya gəldi

Siyasət
17 aprel 2026 268 baxış
İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - Baku TV

İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - Baku TV

Siyasət
17 aprel 2026 268 baxış
Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirdi

Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirdi

Siyasət
17 aprel 2026 268 baxış
"İrəvan və Bakı arasında sülh əməkdaşlığa gedən yoldur" | İrandan yeni ultimatum - YENİ BİR SƏHƏR

"İrəvan və Bakı arasında sülh əməkdaşlığa gedən yoldur" | İrandan yeni ultimatum - YENİ BİR SƏHƏR

Siyasət
17 aprel 2026 268 baxış
Azərbaycan-Rusiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur - Baku TV

Azərbaycan-Rusiya əməkdaşlığı yeni mərhələyə qədəm qoyur - Baku TV

Siyasət
17 aprel 2026 268 baxış
Seçilmişlər
icon