Prezident Mingəçevirdə Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Adolfo Ursoya “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirakına görə minnətdarlığını bildirib, gələcəkdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib.
Qonaq İtaliyanın “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakını ölkələrimiz arasında dostluğun və uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirib.
Adolfo Urso bu tədbirdə iştirakdan məmnunluğunu bildirib və 2020-ci ildə Gəncə və Ağdam şəhərlərinə səfərinə toxunub. Prezident İlham Əliyev Adolfo Ursonun işğaldan azad edilmiş torpaqlarımızda Avropa ölkəsini təmsil edən ilk xarici yüksəksəviyyəli şəxslərdən biri olduğunu vurğulayıb və buna görə minnətdarlığını bildirib.
Dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və orada artıq 3 beynəlxalq hava limanının istifadəyə verildiyini bildirib.
Söhbət zamanı münasibətlərimizin strateji xarakter daşıdığı, siyasi əlaqələrimizin çox yüksək səviyyədə olduğu və Azərbaycan-İtaliya əməkdaşlığının daha da genişləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunulub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
