Prezident Naxçıvanda iş yerlərinin yaradılmasından danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Naxçıvan Sənaye Parkının təməli qoyuldu. Əminəm ki, tezliklə bu parkda əməli-praktiki işlərə başlanılacaq”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı Naxçıvanda sənaye potensialının genişləndirilməsinin və yeni iş yerlərinin yaradılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycanda onun göstərişi ilə bir sıra sənaye parkları yaradılıb. Ərazi baxımından Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır.
İlham Əliyev Sənaye Parkının ərazisində 300 meqavat gücündə istilik elektrik stansiyasının da inşa ediləcəyini bildirib:
“Bu gün Naxçıvanın generasiya gücü təxminən 200 meqavatdır. Yeni stansiyanın istifadəyə verilməsi ilə bu göstəricinin artırılması nəzərdə tutulur”.
Dövlət başçısının sözlərinə görə, stansiyanın iki əsas məqsədi var: Naxçıvan Muxtar Respublikasının dayanıqlı enerji ilə təmin edilməsi və elektrik enerjisinin ixracı.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
