Prezident Özbəkistan naziri ilə Xankəndidəki paraddan və əməkdaşlıqdan danışdı
Prezident İlham Əliyev noyabrın 14-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.
Dövlət başçısı ilk növbədə Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, həmin tədbir çərçivəsində Özbəkistan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayıb.
Dostluq və qardaşlıq münasibətlərimizin gündəliyinin çox geniş olduğunu və müxtəlif istiqamətləri əhatə etdiyini deyən Prezident İlham Əliyev iqtisadi, sənaye, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulan birgə layihələrin önəmini qeyd edib.
Dövlət başçısı Laziz Kudratovun ölkəmizə səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.
Görüşdə sənaye kooperasiyası, iqtisadi, ticari, nəqliyyat, logistika əlaqələrinin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
#Özbəkistan teqi istifadə olunub
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
- Türk dövlətlərinin ortaq ordusuna doğru ilk addım? - AKTUAL GÜNDƏM
