Prezidentdən Azərbaycan və Somali arasındakı layihələrlə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan sərmayə ilə bağlı konkret layihələr üçün Somaliyə heyət göndərə bilər.
Bunu Prezident İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudla fevralın 12-də mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Somali Prezidenti Hasan Şeyx Mahmudla iki ölkə arasındakı sərmayə imkanlarını müzakirə ediblər.
"Somali Prezidentinin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən səfərin hazırlanması və eyni zamanda gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır", – Prezident vurğulayıb.
İlham Əliyev bu prosesin davam etməli olduğunu diqqətə çatdırıb:
"Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər.
Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik".
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
