Pleyeri seçin:

Prezidentin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri

09 dekabr 2025 341 baxış

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub.

Slovakiya Milli Şurasının sədri dövlət başçısını qarşılayıb.

Azərbaycan Prezidenti xatirə kitabını imzalayıb.

Əvvəlcə Prezident İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək görüşü olub. Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması və tarixi normallaşdırma sənədi ilə əlaqədar təbrik edib.

İki ölkənin parlamentləri arasında mövcud əlaqələrdən məmnunluğunu bildirən Rixard Raşi Azərbaycana, Qarabağa səfərini xatırlayıb, işğaldan azad edilmiş Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətlərinin iştirakını ölkələrimiz arasında dostluğun nümunəsi kimi qiymətləndirib. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında keçən il strateji tərəfdaşlıq sənədinin imzalandığını və əlaqələrimizin bu zəmində inkişafını vurğulayıb.

Görüşdə Azərbaycanla Slovakiya arasında parlament diplomatiyasının əhəmiyyətinə toxunulub, beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin parlament təsisatları xətti ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Söhbət zamanı enerji, müdafiə sənayesi, humanitar, idman, birbaşa aviareyslər, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd edilib.

"Rekord həddə..." | WUF13-ün keçiriləcəyi məkanda hansı işlər görülüb? - Baku TV

"Rekord həddə..." | WUF13-ün keçiriləcəyi məkanda hansı işlər görülüb? - Baku TV

Siyasət
13 may 2026 341 baxış
Prezident Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - Baku TV

Prezident Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - Baku TV

Siyasət
13 may 2026 341 baxış
Revanşist qüvvələrin hakimiyyətə gəlməsi Ermənistanı hansı təhlükələrlə üz-üzə qoya bilər?

Revanşist qüvvələrin hakimiyyətə gəlməsi Ermənistanı hansı təhlükələrlə üz-üzə qoya bilər?

Siyasət
13 may 2026 341 baxış
Bəqaidən Avropaya mesaj | Almaniyanın Rusiya planı | İrəvanın dəyişməyən taleyi - YENİ BİR SƏHƏR

Bəqaidən Avropaya mesaj | Almaniyanın Rusiya planı | İrəvanın dəyişməyən taleyi - YENİ BİR SƏHƏR

Siyasət
13 may 2026 341 baxış
“Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa - Baku TV

“Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa - Baku TV

Siyasət
13 may 2026 341 baxış
Azərbaycan yeni və güclü strateji nəqliyyat missiyasına arxayındır - Baku TV

Azərbaycan yeni və güclü strateji nəqliyyat missiyasına arxayındır - Baku TV

Siyasət
12 may 2026 341 baxış
Sabiq xarici işlər nazirindən açıqlama

Sabiq xarici işlər nazirindən açıqlama

Siyasət
12 may 2026 341 baxış
Ermənistanda radikal müxalifət sülh prosesinə niyə müqavimət göstərməyə çalışır?

Ermənistanda radikal müxalifət sülh prosesinə niyə müqavimət göstərməyə çalışır?

Siyasət
12 may 2026 341 baxış
Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib - Baku TV

Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib - Baku TV

Siyasət
12 may 2026 341 baxış
ADSEA-nın rəqəmsal xidmətləri bu platformaya inteqrasiya edilir | Əhalinin nəzərinə - Baku TV

ADSEA-nın rəqəmsal xidmətləri bu platformaya inteqrasiya edilir | Əhalinin nəzərinə - Baku TV

Siyasət
12 may 2026 341 baxış
Seçilmişlər
icon