Prezidentlərin iştirakı ilə "Dostlug" tankerinin onlayn formatda hədiyyə olunması mərasimi - Baku TV
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə "Dostlug" neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.
Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən "Dostlug" neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin ümumi uzunluğu 141 metr, eni 16.9 metr, suya oturumu isə 4.54 metrdir.
Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.
Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan və Türkmənistan prezidentləri onlayn formatda hədiyyə olunma mərasimində iştirak etdilər
- İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub - Baku TV
- Prezident İlham Əliyev türkmənistanlı həmkarını qarşıladı
- Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi - Baku TV
- İlham Əliyev və İordaniya Parlamentinin sədri nələri müzakirə etdi? - Baku TV
