Siyasət
Pleyeri seçin:

QAİ-dən ermənilərlə bağlı hesabat: tələblər irəli sürüldü

20 sentyabr 2023

“Qərbi Azərbaycan İcması Ermənistanın İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib”.

Bu barədə Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar məlumat verib.

Sözçü bildirib ki, komitənin 74-cü sessiyasında (25 sentyabr 2023-cü il - 13 oktyabr 2023-cü il) baxılmaq üçün təqdim olunmuş hesabatda Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasından və geri qayıtmaq hüququ da daxil olmaqla onların pakt ilə qorunan hüquqlarının sistematik şəkildə pozulması halları barədə məlumat verilir.

Hesabat Ermənistanın sözügedən paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozduğunu vurğulayır və komitəni insan hüquqlarının pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırır.

Ülviyyə Zülfiqar qeyd edib ki, Qərbi Azərbaycan İcması hesabatda Ermənistan hökumətindən qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz və ləyaqətlə qayıtmasını, onların reinteqrasiyasını, qayıtdıqdan sonra onların orada hüquq və təhlükəsizliyini təmin etməyi, Azərbaycan mədəni irsinə vurduğu zərərin beynəlxalq qurumlar tərəfindən qiymətləndirilməsinə imkan yaratmağı və onu bərpa etməyi, azərbaycanlılara məxsus əmlakı geri qaytarmağı və paktdan irəli gələn digər öhdəliklərinə əməl etməyi tələb edir.

Sözçü vurğulayıb ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun bərpa edilməsi istiqamətində beynəlxalq konvensiyalar çərçivəsində səylərini davam etdirəcək.

Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Siyasət
17 may 2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Siyasət
17 may 2024
Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Siyasət
17 may 2024
İlham Əliyev və Lukaşenkonun Şuşaya səfərindən görüntülər

İlham Əliyev və Lukaşenkonun Şuşaya səfərindən görüntülər

Siyasət
17 may 2024
Kiçik Azərbaycan qlobal oyunçuya çevrilir? - Fransanın Bakı qorxusu

Kiçik Azərbaycan qlobal oyunçuya çevrilir? - Fransanın Bakı qorxusu

Siyasət
17 may 2024
Fransa günahkar axtarışında | Müstəmləkəçilik siyasətinin pərdəarxası - BAKU AKTUAL

Fransa günahkar axtarışında | Müstəmləkəçilik siyasətinin pərdəarxası - BAKU AKTUAL

Siyasət
17 may 2024
Qriqoryan ermənilərə qaranlıq qalan məsələyə aydınlıq gətirdi

Qriqoryan ermənilərə qaranlıq qalan məsələyə aydınlıq gətirdi

Siyasət
17 may 2024
Bakı buna görə COP29-a ev sahibliyi edəcək | BMT rəsmisi

Bakı buna görə COP29-a ev sahibliyi edəcək | BMT rəsmisi

Siyasət
17 may 2024
Ayxan Hacızadədən Fransanın əsassız ittihamlarına sərt cavab

Ayxan Hacızadədən Fransanın əsassız ittihamlarına sərt cavab

Siyasət
17 may 2024
Bakıda mühüm qərarlar veriləcək | COP29 rəsmisi təfərrüatları danışdı

Bakıda mühüm qərarlar veriləcək | COP29 rəsmisi təfərrüatları danışdı

Siyasət
17 may 2024
Seçilmişlər
icon