Siyasət
Pleyeri seçin:

QAİ Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yaydı

10 dekabr 2024

İnsan hüquqlarının universal əsaslarını təşkil edən və qayıdış hüququmuzun da mənşəyi olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi münasibətilə təsis edilmiş Ümumdünya İnsan Hüquqları Günü haqq işimiz üçün mühüm istinad nöqtələrindən biridir.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

"Ermənistan tərəfindən doğma yurdlarından zorla çıxarılmış çoxsaylı azərbaycanlıları özündə birləşdirən və onların qayıdış hüququ uğrunda mübarizə aparan Qərbi Azərbaycan İcması olaraq biz 10 Dekabr Ümumdünya İnsan Hüquqları Gününə xüsusi önəm verdiyimizi vurğulamaq istəyirik.

Bu mühüm gündə Ermənistanın Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə, insan hüquqlarını kobud şəkildə pozmağa davam etməsindən dərin narahatlığımızı bir daha ifadə edirik", – bəyanatda bildirilib.

İcma bəzi xarici ölkələrin etnik və dini ayrı-seçkilik siyasəti nəticəsində bütövlükdə Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşməsinə ciddi narahatlığını da ifadə edib:

"Əlavə narahatedici hal ondan ibarətdir ki, bu ölkələr Azərbaycanafob, ayrı-seçkilik siyasətlərini insan hüquqları adı altında pərdələməyə çalışırlar. İnsan hüquqlarına ən böyük zərbəni məhz bu cür ikiüzlü siyasətlər vurur. Biz mahiyyətcə irqçi olan bu yanaşmaları qətiyyətlə pisləyir, bu cür hərəkətləri ifşa etmək üçün gələcəkdə də səylərimizi əsirgəməyəcəyimizi bildiririk.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Ermənistanın 30 illik işğalına son qoymasını və bununla da yüz minlərlə keçmiş məcburi köçkünün hüquqlarının bərpasını alqışlayırıq.

Həmçinin qeyd etməliyik ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların dinc şəkildə qayıdış hüququnun təmin edilməsi sahəsində göstərdiyi səylər, o cümlədən İcmamız tərəfindən 5-6 dekabr 2024-cü il tarixlərində keçirilmiş qayıdış hüququna dair ikinci beynəlxalq konfransa göndərdiyi tarixi müraciəti bizim qayıdış hüququmuza və bütövlükdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin icrasına böyük töhfədir".

QAİ beynəlxalq ictimaiyyəti Qərbi azərbaycanlıların qayıdışı sahəsində davam edən səylərini Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə xidmət edən mühüm töhfə kimi alqışlamağa və dəstəkləməyə çağırıb.

“Erməni məkrliliyi yeniyetməlik və gəncliyimi əlimdən alıb” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

“Erməni məkrliliyi yeniyetməlik və gəncliyimi əlimdən alıb” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
27 dekabr 2024
Rusiya hansı beynəlxalq qayda və qanunları pozdu? | AZAL-ın təyyarəsini vurmağın məsuliyyəti

Rusiya hansı beynəlxalq qayda və qanunları pozdu? | AZAL-ın təyyarəsini vurmağın məsuliyyəti

Siyasət
27 dekabr 2024
Azərbaycanlı nazirdən AZAL-ın vurulan təyyarəsi ilə bağlı mühüm açıqlama | İlkin qənaət odur ki...

Azərbaycanlı nazirdən AZAL-ın vurulan təyyarəsi ilə bağlı mühüm açıqlama | İlkin qənaət odur ki...

Siyasət
27 dekabr 2024
AZAL-a məxsus təyyarədə oksigen balonu partlayıb, yoxsa...? | Qazaxıstan nazirliyindən açıqlama

AZAL-a məxsus təyyarədə oksigen balonu partlayıb, yoxsa...? | Qazaxıstan nazirliyindən açıqlama

Siyasət
27 dekabr 2024
İstehsalçı aviaşirkətin nümayəndələri Aktauda | Araşdırmaya kimlər qoşulacaq?

İstehsalçı aviaşirkətin nümayəndələri Aktauda | Araşdırmaya kimlər qoşulacaq?

Siyasət
27 dekabr 2024
AZAL-ın təyyarəsinin vurulması ilə bağlı hansı ölkələrdə sübutlar var? |   Sensasiyalı açıqlamalar

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı hansı ölkələrdə sübutlar var? | Sensasiyalı açıqlamalar

Siyasət
27 dekabr 2024
70 yaşlı erməni qadının ölüm səbəbi | Azərbaycanda dəfn oluna bilər?

70 yaşlı erməni qadının ölüm səbəbi | Azərbaycanda dəfn oluna bilər?

Siyasət
27 dekabr 2024
Peskovdan Bakının üzr tələbinə reaksiya |  Təyyarənin vurulması barədə açıqlama

Peskovdan Bakının üzr tələbinə reaksiya | Təyyarənin vurulması barədə açıqlama

Siyasət
27 dekabr 2024
İlham Əliyev və Tokayev arasında qəza barədə telefon danışığı

İlham Əliyev və Tokayev arasında qəza barədə telefon danışığı

Siyasət
27 dekabr 2024
RUSİYADAN ETİRAF: AZAL təyyarəsi necə və niyə vuruldu?

RUSİYADAN ETİRAF: AZAL təyyarəsi necə və niyə vuruldu?

Siyasət
27 dekabr 2024
Seçilmişlər
icon