Pleyeri seçin:

Qarabağdakı dinc ermənilər necə qorunub? - Hikmət Hacıyevdən CNN-ə müsahibə

21 sentyabr 2023 310 baxış

“Azərbaycan Konstitusiyaya uyğun olaraq Qarabağın bütün sadə erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək, eləcə də ölkədə 30 ildir mövcud olan “boz zona”ya son qoymaq niyyətindədir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CNN telekanalına müsahibəsində deyib.

Prezidentin köməkçisi qeyd edib ki, CNN-in hesabatı bütün reallıqları əks etdirmir və balansı pozur, bütün faktlar diqqətlə yoxlanılmalıdır.

Hikmət Hacıyev bildirib ki, hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququ var.

Onun sözlərinə görə, Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın və bütün regionun təhlükəsizliyinə təhdid yaradan silahlı qüvvələrə qarşı yönəldilib.

“Reallıq ondan ibarətdir ki, Ermənistan Silahlı Qüvvələrinin qalıqları Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalı kimi ölkəmizin suveren ərazilərində qalmaqda davam edirdi. Amma indi buna son qoyulub. Azərbaycan antiterror tədbirlərinə başlamaq məcburiyyətində qalıb və yüksək dəqiqlikli silahlardan istifadə etməklə mülki əhali arasında ölüm hallarının qarşısını almaq üçün yalnız Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin mövqeləri sıradan çıxarılıb. Belə ki, hərbi obyektlərdən uzaq durmaq üçün yerli sakinlərə radio və SMS vasitəsilə xəbərdarlıq edilib”, – deyə Hikmət Hacıyev bildirib.

“Azərbaycan Ermənistandan fərqlidir. Ermənistan hətta 44 günlük müharibə zamanı Azərbaycanın dinc şəhərlərinə, o cümlədən bir gecədə onlarla dinc sakinin həlak olduğu doğma şəhərim Gəncəyə qarşı SCAD və İsgəndər raketlərindən istifadə edib”, – deyə Hikmət Hacıyev əlavə edib.

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 310 baxış
"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

"Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 310 baxış
"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

"Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV

Siyasət
01 avqust 2026 310 baxış
Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Prezident İlham Əliyev Qırğızıstanla ikitərəfli əlaqələrin uğurlu inkişafından danışdı - Baku TV

Siyasət
01 avqust 2026 310 baxış
Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Azərbaycan və Mərkəzi Asiya ölkələri bir geosiyasi məkanda - Baku TV

Siyasət
01 avqust 2026 310 baxış
Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Azərbaycan XİN Yaponiya və Əlcəzairə başsağlığı ünvanladı - Baku TV

Siyasət
01 avqust 2026 310 baxış
Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Bakı-Bişkek münasibətlərində yeni mərhələ - Baku TV

Siyasət
01 avqust 2026 310 baxış
Azərbaycan-Qırğızıstan tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Azərbaycan-Qırğızıstan tərəfdaşlığı yeni mərhələdə - Baku TV

Siyasət
31 iyul 2026 310 baxış
Strateji tərəfdaşlığımızın inkişafına mane olacaq heç nə yoxdur | Sadır Japarov - Baku TV

Strateji tərəfdaşlığımızın inkişafına mane olacaq heç nə yoxdur | Sadır Japarov - Baku TV

Siyasət
31 iyul 2026 310 baxış
Çolpon-Ata bəyannaməsi qəbul olundu - Baku TV

Çolpon-Ata bəyannaməsi qəbul olundu - Baku TV

Siyasət
31 iyul 2026 310 baxış
Seçilmişlər
icon