Pleyeri seçin:

Qarabağdan Dumlupınara: 2 ölkənin tarixində iz qoyan azərbaycanlı zabit kim idi? - QARABAĞ XRONİKASI

08 fevral 2026 421 baxış

“Qarabağ xronikası” verilişinin yeni buraxılışında Azərbaycan və Türkiyə hərb tarixində iz qoymuş zabitlərdən biri – əslən Qarabağdan olan artilleriya komandiri Aslan Hacızadənin hərbi fəaliyyəti geniş təhlil olunub.

Verilişdə bildirilib ki, XIX əsrin sonu – XX əsrin əvvəlləri hərbi-siyasi qarşıdurmalarla zəngin dövr olub və bu mərhələdə formalaşan zabitlər regionun taleyində mühüm rol oynayıblar. 1897-ci ildə Tərtərdə anadan olan Aslan Hacızadə 1917-ci ildən etibarən hərbi xidmətə başlayıb, 1918-ci ildə Gəncədə topçu ixtisası üzrə təhsil alıb və qısa müddətdə peşəkar artilleriyaçı kimi tanınıb.

Qeyd edilib ki, onun Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda xidmətinin ən mühüm mərhələsi Qarabağ cəbhəsi olub. Əsgəran xətti uğrunda gedən döyüşlərdə A.Hacızadənin artilleriya batareyası düşmən müdafiəsinin yarılmasında həlledici rol oynayıb və nəticədə, Şuşanın nəzarətə götürülməsinə mühüm töhfə verib.

Vurğulanıb ki, 1920-ci ilin aprel işğalından sonra o, digər cümhuriyyət zabitləri kimi mübarizəni davam etdirərək Türkiyəyə keçib və Kazım Qarabəkir Paşanın komandanlığı altında Şərq Cəbhəsində xidmətə başlayıb. Sarıqamış, Qars, Gümrü və İğdır əməliyyatlarında iştirak edərək türk ordusunun qələbələrində əhəmiyyətli rol oynayıb.

Bildirilib ki, Aslan Hacızadənin hərbi bioqrafiyasında ən mühüm məqamlardan biri 1922-ci ildə keçirilən Böyük Hücum və Dumlupınar döyüşlərində iştirakı olub. Bu döyüşlərdə artilleriya bölməsinin koordinasiyası və atəş dəstəyinin təmin edilməsi sahəsində peşəkarlıq göstərərək Türkiyə İstiqlaliyyət müharibəsinin qələbə ilə başa çatmasına öz töhfəsini verib.

Sonrakı illərdə o, Türkiyə Ordusunda peşəkar hərbçi kimi xidmətini davam etdirib, müxtəlif üsyanların yatırılması əməliyyatlarında iştirak edib, polkovnik rütbəsinə qədər yüksəlib və 1955-ci ildə ehtiyata buraxılıb.

Yekunda qeyd edilib ki, Aslan Hacızadənin hərbi irsi iki qardaş ölkənin ortaq yaddaşının bir hissəsidir. Onun fəaliyyəti göstərir ki, tarixin taleyini dəyişən əsas amillər peşəkarlıq, sədaqət və düzgün hərbi qərarlardır. Belə zabitlərin həyatı və xidməti yeni nəsil hərbçilər üçün örnək olaraq yaşadılmalıdır.

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Layihənin reallaşması TDT daxilində inteqrasiyaya nə kimi töhfə verəcək?

Siyasət
16 sentyabr 2026 421 baxış
Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Türk dünyasında sərbəst hərəkət dövrü başlayır? - Baku TV

Siyasət
16 sentyabr 2026 421 baxış
Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq

Siyasət
16 sentyabr 2026 421 baxış
İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

İran Azərbaycan marşrutuna yönəlir: regionda nə dəyişir? - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 421 baxış
Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Ramiz Mehdiyev bu tarixdə hakim qarşısına çıxacaq | Məhkəmə ilə bağlı detallar - Baku TV

Siyasət
16 sentyabr 2026 421 baxış
100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV

Siyasət
16 sentyabr 2026 421 baxış
Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Qış yaxınlaşır, qiymətlər durmadan artır | Avropa enerji böhranından xilas ola biləcək? - Baku TV

Siyasət
16 sentyabr 2026 421 baxış
İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - Baku TV

Siyasət
16 sentyabr 2026 421 baxış
II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

II Beynəlxalq Konfrans panel iclaslarla davam edir | Nələr müzakirə edilir? - Baku TV

Siyasət
16 sentyabr 2026 421 baxış
Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM

Siyasət
16 sentyabr 2026 421 baxış
Seçilmişlər
icon