Qarabağdan həmrəylik alovu yüksəlir - Baku TV
2020-ci ilin payızında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımızı düşməndən azad etdik və indi regionun ən qüdrətli dövləti kimi mərhəməti, xeyirxahlığı, birliyi özündə ehtiva edən Novruz bayramını doğma torpaqlarımızda qeyd edirik.
Novruzun tarixi Azərbaycan xalqının tarixi kimi keşməkeşli olub. Belə ki, ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz Heydər Əliyevin xeyir-duası ilə qeyd olunub. Həmin vaxt ilk dəfə dövlət televiziyasında bayramla bağlı yayım efirə gedib. Bu da öz növbəsində milli özünüdərki gücləndirib.
Bu gün müstəqil respublikamızda dövlət səviyyəsində Novruzun bayram kimi qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə dərin ehtiramın, sarsılmaz bağlılığın nümunəsidir. Kin-küdurətin unudulduğu, küsülülərin barışdığı bayram xalqımızın yüksək mənəvi dəyərlərindən xəbər verir. Dünyanın od-alov içində olduğu bir vaxtda bizim qaladığımız tonqal öz xarakterinə uyğun olaraq ədavətə yox, vəhdətə xidmət edir.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev və Pakistanın Baş naziri arasındakı telefon danışığının detalları - Baku TV
- Azərbaycan və Özbəkistan liderləri nələrdən danışdı? | Ağdərədə həyat canlanır - YENİ BİR SƏHƏR
- Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - Baku TV
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ləğv edildi | Prezident Fərman imzaladı - Baku TV
- Azərbaycan və Özbəkistan prezidentləri arasında Yaxın Şərqlə bağlı müzakirə - Baku TV
