Qarabağı tərk edən qondarma məmurlar ifşa olundu
Xankəndidə özünü “mer” adlandıran separatçı David Sarkisyanın həyat yoldaşı bir müddət əvvəl “Laçın” sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan şəhərini tərk edib.
Belə ki, Baku TV-nin lentə aldığı görüntüləri izləyən Ermənistan mətbuatı qadını müəyyən edib.
İddialara görə, bir yeniyetmə oğlan və bir azyaşlı qız ilə şərti sərhədi üzü Ermənistana tərəf keçən bu qadın qondarma rejim tərəfindən Xankəndidə yaradılan “meriya”nın rəhbəri David Sarkisyanın həyat yoldaşı Erna Cavadyandır.
Qadın avtomobildən düşdüyü andan etibarən üzünü Baku TV-nin kameralarından gizlətməyə çalışırdı. Həmin mənzərə pasport qeydiyyatı pəncərəsinin qarşısında da müşahidə edilirdi.
Digər maraqlı məqam ondan ibarətdir ki, avtomobildə digər nəqliyyat vasitələrindən fərqli olaraq yoxlama tələb edən çanta, əşya və ya qutu yoxdur. Bu ondan xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobildə Erna Cavadyanın Ermənistana keçidi əvvəlcədən təşkil olunub. Səbəb “Laçın” sərhəd-buraxılış məntəqəsindən əlavə vaxt itirmədən tez bir zamanda keçməkdir.
Qeyd edək ki, Erna Cavadyan qondarma rejimin “kənd təsərrüfatı nazirliyi”ndə aparat rəhbəri vəzifəsini icra edir.
#Qarabağ teqi istifadə olunub
- Qayıdışın heç yerdə eşitmədiyiniz tərəfləri | Torpaqdan daha böyük qələbə: Xocavənd
- Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinlərinin yurd həsrəti bitdi - Baku TV CANLI
- Xocalı – faciədən dirçəlişə uzanan yolun hekayəsi: nələr yaşandı? - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!
- Təkcə torpaq deyil: əslində, nələri geri aldıq? | Ağdərə uğrunda döyüşlər niyə ən ağırlardan idi?
- Kimlər məcburi köçkün statusunu itirə bilərlər? - Baku TV
