Pleyeri seçin:

Qarabağın qızılı ilə varlanan ermənilər ifşa edildi

27 avqust 2023 368 baxış

Erməni separatçıların yalanlarını ifşa etməklə məşhur olar bloger Roman Baqdasaryan sosial şəbəkədə etdiyi canlı yayım zamanı Azərbaycan torpaqlarının işğalı dövründə separatçıların orada törətdikləri ekoloji cinayətlərdən danışıb.

Sualları cavablandıran bloger belə bir sualla çıxış edib: “34 il ərzində keçmiş Ermənistan hakimiyyəti və separatçıların Qarabağda qızıl oğurladığı bir vaxtda niyə hədələyici yazılar yazmırdınız?”

Fəal həmçinin Qarabağda kəndləri, şəhərləri viran qoyan, Azərbaycanın sərvətini talayan, eləcə də öz xalqını fəlakətlərə sürükləyən erməni məmur-oliqarxları, ordu zabitlərini tənqid edib:

“Mən bunu xüsusi olaraq qeyd etmək istəyirəm. Ötən əsrin 90-cı illərinin sonundan etibarən Qarabağda çoxlu sayda mədənlər aşkar edilib, külli miqdarda qızıl çıxarılıb. Bunu Qarabağda yaşayan bütün ermənilər çox gözəl bilirlər. Kəlbəcər rayonunda və digər ərazilərdə çoxlu qızıl oğurlanıb. Bu barədə bu günə qədər heç kim yazmır. Bəs necə olur, 34 ildir ki, siz öz oğullarınızı, atalarınızı cəbhəyə göndərirsiniz ki, separatçılar rahat şəkildə qızıl çıxarsınlar? Robert Koçaryan, Bako Saakyan və ya digərləri Qarabağdan apardıqları qızıllarla özlərinə möhtəşəm yaşayış qurublar. Onlardan kimsə gətirib bir dəfə sizə 5 qram qızıl verib? Kimsə gəlib sizə deyib ki, ana, sən övladını döyüşdə itirmisən, al boyunbağı sənin olsun? Axı sənin övladın biz burada rahat şəkildə oğurluq edə bilək deyə mübarizə aparır”.

Roman Baqdasaryan əlavə edib ki, separatçılar uzun illər ərzində Qarabağda ələ keçirdikləri var-dövlətlə Rusiyanın böyük şəhərlərində hotellər açıb, biznesə sahibləniblər. Onlardan təkcə Araik Arutyunyanın Ermənistanda və xaricdə xeyli mülkü var. Rusiyanın Stavropolsk vilayətində ona məxsus böyük hotellər şəbəkəsi mövcuddur.

İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV

İlham Əliyev Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib - Baku TV

Siyasət
26 sentyabr 2026 368 baxış
Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM

Dünya yenidən bölüşdürülür: Azərbaycan bu oyunda haradadır? - AKTUAL GÜNDƏM

Siyasət
26 sentyabr 2026 368 baxış
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - Baku TV

Siyasət
26 sentyabr 2026 368 baxış
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Baku TV

Siyasət
26 sentyabr 2026 368 baxış
Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Prezidentin iştirakı ilə 11 sənədin mübadiləsi mərasimi keçirildi - Baku TV

Siyasət
26 sentyabr 2026 368 baxış
“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

“Minkənd” KSES-in açılışı olub, “Tekstil Klasteri” üzrə istehsal müəssisəsinin təməli qoyulub

Siyasət
26 sentyabr 2026 368 baxış
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib

Siyasət
26 sentyabr 2026 368 baxış
“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

“Bir çoxları Azərbaycandan idxal etməli olur, buna görə də...” | Prezident - Baku TV

Siyasət
26 sentyabr 2026 368 baxış
"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

"Burada çox böyük potensial var" | Prezident investorları maraqlandıran sahələrdən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 368 baxış
Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Bakı müxtəlif ölkələrin nümayəndələrini beynəlxalq forumda bir araya gətirib - Baku TV

Siyasət
26 sentyabr 2026 368 baxış
Seçilmişlər
icon