Qazaxıstanın Baş naziri araşdırmalara cəlb olunan ekspertlərdən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasını araşdırmaq üçün ballistik və partlayış texniki ekspertiza təyin edilib.
Bu barədə Qazaxıstanın Baş naziri Kanat Bozumbayev məlumat verib.
Qeyd edilib ki, qəzanın səbəbləri ilə bağlı araşdırma hazırda 17 beynəlxalq ekspert tərəfindən aparılır.
“Onlardan altısı Azərbaycan, ikisi “Embraer”, üçü Braziliya, üçü Dövlətlərarası Aviasiya Komitəsi, ikisi Rusiya Federasiyasından olan nümayəndə heyətidir”, – deyə Baş nazir əlavə edib.
K.Bozumbayev vurğulayıb ki, şəxsən özü hökumət Komissiyasına rəhbərlik edir. Araşdırmanın aparılmasında Qazaxıstana heç bir ölkədən müdaxilə edən yoxdur.
“Müstəqil olaraq qərar qəbul edirik ki, cəmiyyətdə kiminsə kiməsə təzyiq göstərəcəyi ilə bağlı heç bir sual olmasın. Bu gün Komissiyanın statusunu nazir səviyyəsinə qaldırmaq qərarına gəldik”, – deyə K.Bozumbayev yekunlaşdırıb.
#Qazaxıstan teqi istifadə olunub
- Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı
- Silah, narkotik və qadağan olunmuş kitablar: Şübhəlilərin evindən nə çıxdı? - Baku TV CANLI
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
