Pleyeri seçin:

Qərb iqlim məsuliyyətini kimin üzərinə atır? | Almaniya XİN başçısının riyakarlığı

23 noyabr 2024 463 baxış

Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 iqlim konfransının sona yaxınlaşması ilə bağlı şərhlər verib və Avropa İttifaqının iqlim maliyyələşdirilməsi üzrə məsuliyyətini digər danışıq iştirakçılarının üzərinə atmağa çalışıb.

Nazir sosial şəbəkələrdə Aİ-nin iqlim maliyyələşdirməsinə sədaqətli olduğuna and içən bir neçə paylaşım edib.

Lakin nədənsə xanım A.Berbok BMT-nin COP29 sammitində iqlim dəyişikliyi ilə mübarizə üzrə razılaşmaya dair əsas danışıqlarda Qərb bloku liderlərinin, xüsusilə də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin iştirak etməməsini vurğulamayıb.

ABŞ və Avropa əsrlərlə davam edən və genişmiqyaslı ətraf mühit çirklənməsinə görə əsas məsuliyyət daşısa da, Almaniya XİN başçısı iqlim maliyyələşdirilməsi yükünü inkişaf etməkdə olan ölkələrin üzərinə atmağa çalışır. Əsrlər boyu Avropa ölkələri Afrika və Asiyadakı müstəmləkələrdən təbii resursların təchizatçısı kimi istifadə edib. Bu ərazilərin ekosisteminin məhv edilməsinə məhəl qoymayıblar.

İndi də Fransa və digər bir sıra ölkələrin həm öz müstəmləkələrini, həm də keçmiş nəzarət altında olan ərazilərini fəal şəkildə istismar etməsi nümunəsi Almaniya XİN başçısının guya iqlim ədalətini dəstəkləməsi ilə bağlı çağırışının riyakarlığını göstərir.

Əgər Qərb bloku COP29-da bütün ölkələri qane edən iqlim sazişinə nail olmağa köklənmiş olsaydı, bu ölkələrin təmsilçilik səviyyəsi Bakıya gələn aidiyyəti nazirliklərin rəhbərlərindən daha yüksək olardı.

Qərb blokunun faktiki olaraq bütün səyləri iqlim maliyyələşdirilməsi xərclərini mümkün qədər azaltmağa yönəlib. 2035-ci ilədək təklif olunan məbləğ – ildə 300 milyard ABŞ dolları səviyyəsi məhz iqlim dəyişikliyinin nəticələrinə məruz qalan inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını əks etdirmir.

Lakin bunu ABŞ Prezidenti Cozef Bayden, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron və digərləri başda olmaqla Qərb dövlət başçıları tam olaraq qəbul etmək istəmirlər.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 463 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 463 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 463 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 463 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 463 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 463 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 463 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 463 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 463 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 463 baxış
Seçilmişlər
icon