Siyasət
Pleyeri seçin:

Qərbi Azərbaycan İcması qərəzli qətnaməyə qarşı bəyanat yaydı

14 mart 2024

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin irqçi yanaşmadan çıxış edərək qəbul etdiyi, regionda gərginliyi artırmaq məqsədi güdən növbəti anti-Azərbaycan qətnaməsini sərt şəkildə qınayır.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, Avropa Parlamentində oturan neo-səlibçilər Ermənistanı hərbiləşdirməyə çağırıb və əsassız iddialarla Azərbaycana böhtan atıblar. Əslində müəyyən dairələrin əlində alət olan korrupsioner, irqçi ünsürlər yığıntısı olan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə ədalətin zəfər çalmasından qəzəbini gizlədə bilmir.

“Son dövrlər Ermənistan və Azərbaycan arasında müşahidə olunan nisbi sabitlik, iki dövlət arasında baş vermiş yüksək səviyyəli təmaslar və Almaniyanın federal kanslerinin səyləri fonunda Avropa Parlamentinin bu qətnaməni qəbul etməsi təxribatçı addımdır və regional dinamika baxımından tamamilə yanlış siqnal verir.

Avropa Parlamenti bu cür əbəs oyunlar yerinə Ermənistandan və əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlının qovulmasına, orada azərbaycanlıların mədəni irsinin, 1000-dən çox azərbaycanlı yaşayış məntəqəsinin dağıdılmasına, minlərlə mülki azərbaycanlının qətliamına indiyədək niyə susduğuna dair izahat verməlidir.

Ermənistan tarixdən dərs çıxararaq həmin bədxah qüvvələrin təxribat və təhriklərinə uymamalıdır. Ermənistan həmin qüvvələrlə və bu kimi “sənədlərlə” özü arasında məsafə qoymalı, qovulmuş qərbi azərbaycanlıların geri qayıtmasına şərait yaratmaqla Azərbaycanla sülh əldə etməyə çalışmalıdır”, – deyə bəyanatda qeyd edilib.

Müdafiə Nazirliyi Rusiya dənizçiləri ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi Rusiya dənizçiləri ilə bağlı məlumat yaydı

Siyasət
30 iyun 2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada qeyri-rəsmi zirvə toplantısına qatılacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada qeyri-rəsmi zirvə toplantısına qatılacaq

Siyasət
30 iyun 2024
Seçkiləri hansı beynəlxalq təşkilatlar müşahidə edəcək? | MSK açıqladı

Seçkiləri hansı beynəlxalq təşkilatlar müşahidə edəcək? | MSK açıqladı

Siyasət
29 iyun 2024
Şorca Alban məbədləri və onların üzərindəki yazılar saxtalaşdırılıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Şorca Alban məbədləri və onların üzərindəki yazılar saxtalaşdırılıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
29 iyun 2024
Məzahir Pənahov seçkilərə hazırlıqdan danışdı

Məzahir Pənahov seçkilərə hazırlıqdan danışdı

Siyasət
29 iyun 2024
MSK sədrindən siyasi partiyalarla bağlı mühüm açıqlama

MSK sədrindən siyasi partiyalarla bağlı mühüm açıqlama

Siyasət
29 iyun 2024
Azad edilmiş torpaqlarda keçirilən seçkilərdə narazılıq olub? | MSK-dan açıqlama

Azad edilmiş torpaqlarda keçirilən seçkilərdə narazılıq olub? | MSK-dan açıqlama

Siyasət
29 iyun 2024
Gürcüstanda müəmmalı görüş | Rusiyalı politoloqdan iddialı açıqlama

Gürcüstanda müəmmalı görüş | Rusiyalı politoloqdan iddialı açıqlama

Siyasət
29 iyun 2024
Bakı ilə bağlı vacib məsələ | Mirzoyanın Xorvatiyaya səfərinin məqsədi

Bakı ilə bağlı vacib məsələ | Mirzoyanın Xorvatiyaya səfərinin məqsədi

Siyasət
29 iyun 2024
Abramyan Paşinyana od püskürdü | Ermənistan üçün əsas təhlükə…

Abramyan Paşinyana od püskürdü | Ermənistan üçün əsas təhlükə…

Siyasət
29 iyun 2024
Seçilmişlər
icon