Qəzaya düşən AZAL təyyarəsinin “qara qutu”ları barədə hansı işlər görüldü?
Braziliyanın Aeronavtika Komandanlığının texniki mütəxəssisləri Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin “qara qutuları”nın təhlilinə başlayıblar.
“Trend.az”ın Braziliya mətbuatına istinadən məlumatına görə, Qazaxıstandan olan 3 müstəntiq, o cümlədən Azərbaycan və Rusiyadan olan nümayəndələr Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində məlumatları təhlil edirlər.
Mütəxəssislər qara qutulardan məlumatların çıxarılması və təhlili üzərində işləyirlər, burada pilotların söhbətlərinin yazıları və qəza anına qədər bütün uçuş zamanı təyyarənin vəziyyəti haqqında məlumatlar var.
CENIPA baş verənləri simulyasiya etmək və faciənin səbəblərini müəyyən etmək üçün virtual reallıqdan istifadə edərək qrafik rekonstruksiya yaratmağı planlaşdırır. Braziliyada edilən təhlillərin nəticələri Qazaxıstanın məsuliyyətində olan istintaqın yekun hesabatına daxil ediləcək.