Siyasət
Pleyeri seçin:

Qızıl Xaçın Xankəndi ofisi niyə Bakıya yox, İrəvana tabedir?

03 avqust 2023

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Beynəlxalq Qızıl Xaç Komitəsinə açıq məktubla müraciət ediblər.

Onlar Komitənin prezidenti Mirjana Spoljariç Eqqerə təşkilatın Azərbaycandakı fəaliyyətindən ciddi narahat olduqlarını bildiriblər.

Qeyd olunub ki, 30 ildən çoxdur ki, BQXK Azərbaycanda fəaliyyət göstərir. 4 minə yaxın azərbaycanlı Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində itkin düşsə də, ötən dövr ərzində onların taleyi barədə təşkilatın nəzərəçarpacaq uğurları olmayıb.

Bildirilib ki, 1990-cı illərdə BQXK 54 azərbaycanlı əsirlə bağlı izə düşüb, Ermənistanla dialoq nəticəsində onlardan 17-nin meyitlərini alaraq Azərbaycana təhvil verib. Ancaq həmin siyahı üzrə 37 nəfərin taleyi hələ də bilinmir.

“Onlar sağdırlar, yoxsa öldürülüblər, öldürülüblərsə, meyitləri niyə ailələrinə təhvil verilməyib? BQXK niyə bu məsələ ilə yaxından məşğul olmur?”, – deyə müraciətdə bildirilib.

Qeyd olunub ki, komitə özünü müstəqil, bitərəf və qərəzsiz təşkilat hesab etdiyi halda Azərbaycana münasibətdə bu əsas prinsiplərin pozulması başadüşülən deyil.

Müraciətdə vurğulanıb ki, 2000-ci illərdə BQXK Azərbaycan hökuməti ilə razılaşdırmadan onun suveren ərazisi olan Xankəndidə ofis təşkil edib və bu barədə qondarma, separatçı rejimlə “saziş” imzalayıb.

Azərbaycan tərəfinin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq, həmin “saziş” konfidensiallıq adı altında gizlədilib, təqdim edilməyib. Sonradan məlum olub ki, komitənin Xankəndi ofisi təşkilatın Bakıdakı nümayəndəliyinə deyil, İrəvandakı nümayəndəliyinə tabe etdirilib.

Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri həmişə müstəqil və bitərəf qalmalı olan BQXK-nin bu davranışını onun tərəf tutması kimi qəbul edir. Komitə rəhbərliyinə müraciət edənlər təşkilatı Ermənistanın manipulyasiyasının alətinə çevrilməməyə, ədalətsiz açıqlamalar verməməyə çağırır. BQXK-dən Xankəndi ofisinin tamamilə Bakı nümayəndəliyinə tabe etdirilməsi gözlənilir.

Vətəndaş cəmiyyətinin üzvləri inanır ki, komitə mümkün olan ən qısa bir vaxtda qeyd olunan məsələləri Cenevrədəki baş ofisində gündəliyinə çıxaracaq, konstruktiv qərarlar qəbul edəcək və Azərbaycanla bağlı fəaliyyətində zəruri düzəlişlər edəcək.

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Siyasət
22 noyabr 2024
COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

Siyasət
22 noyabr 2024
Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Siyasət
22 noyabr 2024
Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Siyasət
22 noyabr 2024
Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Siyasət
22 noyabr 2024
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Siyasət
22 noyabr 2024
Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Siyasət
22 noyabr 2024
COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

Siyasət
22 noyabr 2024
Ceyhun Bayramov və Baxtiyor Saidov zəng zamanı nələri müzakirə etdi? | Detallar açıqlandı

Ceyhun Bayramov və Baxtiyor Saidov zəng zamanı nələri müzakirə etdi? | Detallar açıqlandı

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon