Pleyeri seçin:

"Atam, anam və biz uşaqlar 4-5 aydan sonra görüşdük" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

09 fevral 2024 356 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Uşaqlığımız kəndimizdəki Nil çayında balıq tutmaqla keçirdi” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kənd sakini Şöhrət Əliyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərinin Göyçə gölünün qırağında, kənddəki Nil çayının ətrafında balıq tutmaqla, futbol oynamaqla keçdiyini bildirib:

“Uşaqlığım ermənilərin içində keçib. Mən uşaq idim, bizə türk deyiblər. Biz də onlara “gavur” deyirdik. Orada azərbaycanlı sözü işlənməyib. Kənddə böyük torf ehtiyatları var idi, orada ermənilər torf fabriki tikmişdilər. Kənd camaatı torfdan yanacaq kimi istifadə edirdi”.

Onun sözlərinə görə, erməni qonşuları Qarabağ məsələsi ilə bağlı Ermənistanda yaşayan azərbaycanlıların ölkədən çıxarılacağını və öldürüləcəklərini deyib:

“Danel atama demişdi ki, yəni siz indidən gedin, gəlib öldürəcəklər. 1988-ci ilin fevral ayında hadisələr başlayanda bizim camaat aktivlik etdi. Dərhal sovet qoşunlarını Basarkeçərlə bizim kəndin arasına gətirib oraya qoydular.

Üstündən bir müddət keçəndən sonra rusları çıxardılar, saqqallı ermənilər rayonda mərkəz yaratdılar və Alı dayının oğlunu oğurladılar. Kəndə 2-3 dəfə hücum oldu, evləri yandırdılar, postlar qurdular. Bundan sonra camaat çıxmağa başladı”.

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

23 saatlıq əməliyyat Azərbaycan tarixini necə dəyişdi? - Baku TV

Siyasət
20 sentyabr 2026 356 baxış
Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Dövlət Suverenliyi Gününün geosiyasi əhəmiyyəti - Baku TV

Siyasət
20 sentyabr 2026 356 baxış
Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə təbrik mesajı - Baku TV

Siyasət
20 sentyabr 2026 356 baxış
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV

Siyasət
20 sentyabr 2026 356 baxış
XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV

Siyasət
20 sentyabr 2026 356 baxış
Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Azərbaycan dövlətçilik tarixinin ən şanlı günlərindən birini qürurla qeyd edir - Baku TV

Siyasət
20 sentyabr 2026 356 baxış
30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

30 illik qarşıdurmaya son qoyan əməliyyatın hərbi anatomiyası - HƏRBİ XRONİKA

Siyasət
19 sentyabr 2026 356 baxış
Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Ombudsman monitorinqlərin nəticəsini açıqladı | "İddialar əsassızdır" - Baku TV

Siyasət
19 sentyabr 2026 356 baxış
ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

ABŞ ictimaiyyətini narahat edən qərar | Ağ Evin qərarının pərdəarxası məqamları - Baku TV

Siyasət
19 sentyabr 2026 356 baxış
Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Siyasət
19 sentyabr 2026 356 baxış
Seçilmişlər
icon