Pleyeri seçin:

"Ermənistan bu ölkələrdən təlimat alır ki..." | Sabiq nazir erməniləri ifşa etdi?

25 avqust 2025 553 baxış

Azərbaycanla Ermənistan arasında sülhə dair əldə edilən razılaşmalarda bir-birinə qarşı olan zərərli təbliğat işlərinə son qoymaq məsələsi də əksini tapıb. Sözsüz ki, bunlar fərqli yanaşmaların nəticəsində ortaya çıxan amillərdir. Bu heç də xalqdan gələn “təşəbbüs” deyil. Belə halların olmasında maraqlı qüvvələr var.

Bu sözləri “Teleqraf”a açıqlamasında sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.

O bildirib ki, Rusiya, İran və Fransadan verilən təlimatlar əsasında Ermənistan cəmiyyətində Azərbaycana, Türkiyəyə qarşı təbliğat həyata keçirilir:

“Bu cür hallar məhz kənar təsirlərlə körüklənir. Sadə camaatın belə işlərlə məşğul olması ağlına belə gəlmir. İndi sülhə nail olmaq üçün təbliğat məsələlərində diqqətli olunmalıdır. Zamanla bəzi məsələlər həllini tapacaq. Sözsüz ki, xalq olaraq kiminlə qonşu olduğumuzu unutmamalıyıq. Rusiyanın Cənubi Qafqazda olan maraqları fonunda bölgədə təxribatların, pozuculuq hallarının olması istisna edilmir”.

Firudin Cəlilovun fikrincə, xalqlar arasında dostluğu və düşmənçiliyi təbliğ edənlər ilk növbədə alimlər, diplomatlar və siyasətçilərdir:

“Mən erməni alimini qınaya bilmirəm. O yazır ki, Nuh peyğəmbər də erməni idi, “böyük Ermənistan” olub və s. Azərbaycan tarixçiləri, alimləri isə bilərəkdən və ya bilməyərəkdən ermənilərin “dəyirmanına su tökürlər”.

Vaxtilə erməni alimləri Qarabağ mövzusuna aid yüzə qədər kitab yazmışdılar. Azərbaycanda isə bu, barmaqla sayılacaq səviyyədə idi. Ermənilər məhz yazılarla cəmiyyəti bu prosesə hazırlamağa çalışırdılar”.

Professor hesab edir ki, ermənilərə Qafqazda dövlət yaradan Rusiya imperiyası onların ərazilərini genişləndirmək istəyirdi:

“Bu “plan” baş tutmadı. Əsasən “A variantı” məhz bu idi ki, keçmiş Dağlıq Qarabağın ərazisi Ermənistana birləşdirilsin. Amma Azərbaycan bunun qarşısını aldı. Unutmaq olmaz ki, o qüvvələrin “B planı” da var. Ona görə də bundan sonra daha çox diqqətli olmalıyıq”.

Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 553 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 553 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 553 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 553 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 553 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 553 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 553 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 553 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 553 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 553 baxış
Seçilmişlər
icon