Siyasət
Pleyeri seçin:

"Göyçənin təbiəti Dədə Ələsgər kimi böyük şəxsiyyət yetişdirdi" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

05 iyun 2024

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Deportasiya böyük dərddir, bizə çox pis təsir edib" adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kənd sakini Xətai Ələsgərlinin həyat hekayəsinə həsr olunub.

O, Ağkilsə kəndinin tarixindən, uşaqlıq, orta məktəb, gənclik illərindən, eləcə də 1988-ci ildə baş verən deportasiyadan söz açıb.

Onun sözlərinə görə, ermənilər Ağkilsədəki abidələri texnika ilə aparırdılar:

"Ermənilər tarixi abidələr üzərindəki yazıları pozub öz əlifbaları ilə yazırdılar. Tarixi saxtalaşdırmaq həmişə ermənilərin xislətində olub. Onlar uğur qazanan idmançılarımızın xalını bilərəkdən vermirdilər. Rayona gedəndə bizə kinlə baxırdılar".

X.Ələsgərli doğulduğu kəndin məhəllələrini, təbiətini, bulaq və dağlarını xatırladıb, adətlərindən söz açıb:

"Novruz bayramı çox maraqlı keçirdi. Gecə ilə gündüz bərabərləşəndə sulaşma olardı. Hər kəs bir-birini sulayardı. Kəndə yeni insanlar gələndə qonşular növbə ilə qonaq çağırar, heyvan kəsərdilər. Göyçədə yazda gülün-çiçəyin iyindən adam bihuş olardı. Göyçədə arıların səsi sanki bir musiqi idi. Musiqi eşidən kimi gözümün qabağına Göyçə gəlir. Orada qara zurnanın səsinə at belə oynayırdı".

Ağkilsə sakini diqqətə çatdırıb ki, mənfur ermənilər bizim başımıza min bəla gətiriblər:

"1988-ci ildə baş verən deportasiya bizə çox pis təsir etdi. Bu, insanlar üçün çox ağır, böyük dərddir. Deportasiyadan sonra sanki məhv olduq, qol-qanadımız sındı. Göyçə həsrətində qalan insanlar o dərdə dözə bilmədilər".

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Putindən Qərbə xəbərdarlıq | 3-cü Dünya müharibəsi təhlükəsi | Livan atəş altında - SALAM BAKU

Siyasət
22 noyabr 2024
Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Mavi və yaşıl zonada mühüm tədbirlər keçiriləcək | COP29-un 12-ci günü

Siyasət
22 noyabr 2024
COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

COP29-un on ikinci günündə nələr müzakirə ediləcək?

Siyasət
22 noyabr 2024
Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Hikmət Hacıyev "Politico"nun məqaləsinə sərt reaksiya verdi

Siyasət
22 noyabr 2024
Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Annalena Berbokdan COP29-da açıqlama | Almaniya və Avropa etibarlı tərəfdaşdır

Siyasət
22 noyabr 2024
Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Rusiya-Ukrayna münaqişəsi gərgin fazaya keçir | Nüvə silahı istifadə olunacaq?

Siyasət
22 noyabr 2024
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirildi

Siyasət
22 noyabr 2024
Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Almaniyanın xarici işlər naziri Bakıda mətbuat konfransı keçirib

Siyasət
22 noyabr 2024
COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

COP29-da logistika ilə bağlı böyük uğur var | Cin Baderşnayderdən açıqlama

Siyasət
22 noyabr 2024
BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

BMT-nin Baş katibindən COP29-la bağlı mühüm açıqlama | Tərəflərin təkana ehtiyacı var

Siyasət
22 noyabr 2024
Seçilmişlər
icon