"Pantsir-S" raket sistemi necə işləyir? | Düşmənin hava hücumlarına qarşı…
Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın "Pantsir" raket sistemi tərəfindən vurulduğu məlum olub.
Bu barədə məlumatı “Caliber” yayıb.
"Pantsir" raket sisteminin iki versiyası var – S1 və S2. Bu sistem hərbi, sənaye və inzibati obyektləri təyyarələrə, helikopterlərə, dəqiq sursatlara, qanadlı raketlərə və pilotsuz uçuş aparatlarına qarşı qorumaq üçün nəzərdə tutulub.
Eyni zamanda aşağı hündürlüklərdə dəqiq sursat istifadə edən düşmən hava hücumlarına qarşı müdafiə bölmələrinə əlavə qorunma təmin edir.
"Pantsir" sistemi bir raket qurğusu, radar avtomobili və komanda mərkəzindən ibarətdir. İlk versiya olan "Pantsir-S1" 2008-2013-cü illərdə istehsal edilib.
"Pantsir-S1M" isə 2019-cu ildə təqdim olunub. "Pantsir-M/EM S1" dəniz versiyası kimi 2015-ci ilin iyul ayında tanıdılıb. "Pantsir-S2/S2E" ilk versiyanın modernləşdirilmiş variantıdır. Bundan başqa, "Pantsir-SM", "Pantsir-SA" və "Pantsir-SMD-E" versiyaları da mövcuddur.
"Pantsir-S1" sistemi beş metr hündürlükdən və 200 metr məsafədən 15 kilometr hündürlüyə və 20 kilometr məsafəyə qədər hədəfləri aşkar edib izləmə qabiliyyətinə malikdir.